
4
Satış meneceri - Gəncə filialı

500 ₼
Satış meneceri - Gəncə filialı
YoxlanılıbBu gün
Tarix
Baxışlar4
Nömrə№5964740
Təsvir
Azcosmetics MMC Gəncə filialı üçün Satış meneceri axtarır!
Şirkətimiz tibbi və kosmetoloji cihazların satışı, texniki servisi və təlimi sahəsində fəaliyyət göstərir. Komandamıza qoşulacaq, satış sahəsində inkişaf etmək istəyən, ünsiyyətcil, aktiv və təşəbbüskar əməkdaş axtarırıq.
Vəzifə öhdəlikləri
Estetik mərkəzlər, gözəllik salonları və klinikalarla işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi;
Tibbi və kosmetoloji cihazların, xüsusilə lazer epilyasiya avadanlıqlarının təqdimatı və satışının həyata keçirilməsi;
Gəncə və ətraf rayonlarda yeni potensial müştərilərin araşdırılması və müştəri bazasının genişləndirilməsi;
Müştərilərlə görüşlərin keçirilməsi və məhsul təqdimatlarının təşkili;
Filiala müraciət edən müştərilərin peşəkar və gülərüz qarşılanması, ətraflı məlumatlandırılması;
Sosial şəbəkələrdə aktiv iştirak və reklam məzmunlarının hazırlanmasına dəstək;
Kamera qarşısında məhsul təqdimatlarında və reklam çəkilişlərində iştirak;
Rəqiblərin və bazarın mütəmadi təhlili, yeni satış imkanlarının araşdırılması;
Satış planlarının yerinə yetirilməsi və filialın satış göstəricilərinin artırılması.
Namizədə tələblər
Satış sahəsində iş təcrübəsi;
Güclü ünsiyyət və təqdimat bacarığı;
Aktiv, təşəbbüskar və məsuliyyətli olmaq;
Kamera qarşısında sərbəst danışmaq və çıxış etmək bacarığı;
Sosial şəbəkələrdən aktiv istifadə etmək;
Danışıqlar aparmaq və müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq bacarığı;
Komanda ilə işləmək və nəticəyönümlü olmaq;
Öyrənməyə və şəxsi inkişafa açıq olmaq.
Üstünlük hesab olunur
TikTok və Instagram platformalarında kontent hazırlamaq təcrübəsi;
Video çəkilişi və məhsul reklamı sahəsində bacarıq;
Kosmetologiya və lazer epilyasiya sahəsi haqqında ilkin biliklər.
İş şəraiti
İş yeri: Gəncə şəhəri, Azcosmetics filialı;
Əməkhaqqı: 500 AZN + satışdan yüksək bonus;
Peşəkar inkişaf və təlim imkanları;
Korporativ komanda ilə işləmək imkanı;
Nəticəyə əsaslanan əlavə qazanc imkanı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt və nömrə vasitələri ilə göndərə bilərlər:
WhatsApp: +994 50 459 26 16
Maaş: 500 AZN
Son müraciət tarixi: 14.12.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Azcosmetics jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM









