Prayk

Satış meneceri (Korporativ satışlar)

600 ₼
Yoxlanılıb3 həftə əvvəl
ŞəhərBakı
KateqoriyaSatış

№5512650·Baxışlar: 6

Təsvir

SATIŞ MENECERİ (Korporativ satışlar) Şirkət: Etech MMC Əməkhaqqı: 600 AZN + satış bonusu ŞİRKƏT HAQQINDA Etech MMC printer, kartric, kompüter və digər İT avadanlıqlarının, eləcə də ehtiyat hissələrinin satışı sahəsində fəaliyyət göstərir. Satış komandamızı genişləndirmək məqsədilə aktiv, məsuliyyətli, ünsiyyətcil və satış sahəsində təcrübəsi olan yeni əməkdaş axtarırıq. İŞ ŞƏRAİTİ • İş günləri: Bazar ertəsi – şənbə; • İş saatları: 09:00-dan–18:00-dək; • İstirahət günü: Bazar; • Əməkhaqqı: 600 AZN; • Satış nəticələrinə əsaslanan əlavə bonus imkanı; • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi; • İlkin təlim və iş prosesində dəstək; • Peşəkar inkişaf və uzunmüddətli əməkdaşlıq imkanı. BONUS SİSTEMİ İlkin təlim və uyğunlaşma mərhələsindən sonra fərdi satış nəticələri, yeni müştərilərin cəlb edilməsi və müəyyən edilmiş satış hədəflərinə əsasən bonus hesablanır. Bonus şərtləri əvvəlcədən müəyyən edilir. MÜRACİƏT QAYDASI Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Satış meneceri" qeyd etməklə aşağıdakı e-poçt ünvanına göndərə bilərlər. E-poçt: [email protected] Əlaqə: +994 51 555 66 56 Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 186, Mirvari Plaza, 3-cü mərtəbə. Vəzifə öhdəlikləri: • Yeni korporativ müştərilərin axtarılması və əməkdaşlığa cəlb edilməsi; • Potensial müştərilərlə telefon və elektron poçt vasitəsilə əlaqələrin qurulması; • Şirkətin məhsullarının təqdim edilməsi və satışının həyata keçirilməsi; • Müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun məhsulların təklif olunması; • Kommersiya təkliflərinin hazırlanması və satış danışıqlarının aparılması; • Mövcud müştərilərlə əməkdaşlığın davam etdirilməsi və inkişaf etdirilməsi; • Satış planlarının yerinə yetirilməsi və müvafiq hesabatların hazırlanması. NAMİZƏDƏ TƏLƏBLƏR • Satış sahəsində minimum 1 il iş təcrübəsi; • Aktiv satış və yeni müştəri cəlb etmək bacarığı; • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; • Yüksək ünsiyyət və danışıqlar aparmaq qabiliyyəti; • MS Office proqramları ilə işləmək bacarığı; • Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq; • Komandada işləmək və öyrənməyə həvəsli olmaq; • Korporativ satış (B2B) təcrübəsi üstünlükdür. QEYD: Printer, kartric və İT avadanlıqları sahəsində əvvəlki iş təcrübəsi tələb olunmur. Məhsullar və iş prosesləri şirkət tərəfindən öyrədiləcək. Maaş: 600-1000 AZN Yaş: 21-30 İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Elanın mənbəyi

Orijinal elanı aç

© Etech MMC boss.az · Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM