Prayk

Satış məsləhətçisi (Bərdə rayonu)

Razılaşma yolu ilə
Yoxlanılıb1 həftə əvvəl
Kateqoriya
Satış
Tarix
Baxışlar
20
Nömrə
№3951042

Təsvir

Vəzifə öhdəlikləri: Mağazaya daxil olan müştəriləri gülərüzlə qarşılamaq; Məhsullar (notbuklar, smartfonlar, məişət texnikası və s.) haqqında müştərilərə ətraflı məlumat vermək; Müştərinin ehtiyacına uyğun düzgün məhsul seçimində köməklik göstərmək; Satış planlarının və hədəflərinin yerinə yetirilməsini təmin etmək; Məhsulların rəflərdə səliqəli düzülüşünə və qiymət kağızlarının düzgünlüyünə nəzarət etmək. Şirkətin portfelində olan yeni texnologiyaları və cihazları dərindən öyrənmək, texniki yeniliklərdən daima xəbərdar olmaq; Müştərilərin müraciətlərini, şikayət və təkliflərini dinləmək, onları operativ şəkildə həll etmək və ya rəhbərliyə yönləndirmək; Görülən işlər və satış nəticələri barədə gündəlik/aylıq hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək. Namizədə dair tələblər: Ali və ya orta-ixtisas təhsili; Satış sahəsində minimum 1 il iş təcrübəsi (elektronika sahəsi arzuolunandır); Azərbaycan dilində səlis danışıq qabiliyyəti (Rus dili biliyi üstünlükdür); Texnologiyaya maraq və öyrənməyə həvəs; Ünsiyyətcil, punktual və komandada işləmək bacarığı. İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; Əmək haqqı: Fix (məvacib) + Satışdan bonuslar; Peşəkar inkişaf və karyera yüksəlişi imkanı. CV-nizi mövzu hissəsində "Satış məsləhətçisi(Bərdə rayonu)" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Son müraciət tarixi: 06.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© ABV jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM