Prayk

Satış məsləhətçisi (Bərdə rayonu)

Razılaşma yolu ilə
Yoxlanılıb5 gün əvvəl
Şəhər
Bakı
Kateqoriya
Satış
Tarix
Baxışlar
11
Nömrə
№4006044

Təsvir

Vəzifə öhdəlikləri: Mağazaya daxil olan müştəriləri gülərüzlə qarşılamaq; Məhsullar (notbuklar, smartfonlar, məişət texnikası və s.) haqqında müştərilərə ətraflı məlumat vermək; Müştərinin ehtiyacına uyğun düzgün məhsul seçimində köməklik göstərmək; Satış planlarının və hədəflərinin yerinə yetirilməsini təmin etmək; Məhsulların rəflərdə səliqəli düzülüşünə və qiymət kağızlarının düzgünlüyünə nəzarət etmək. Şirkətin portfelində olan yeni texnologiyaları və cihazları dərindən öyrənmək, texniki yeniliklərdən daima xəbərdar olmaq; Müştərilərin müraciətlərini, şikayət və təkliflərini dinləmək, onları operativ şəkildə həll etmək və ya rəhbərliyə yönləndirmək; Görülən işlər və satış nəticələri barədə gündəlik/aylıq hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək. Namizədə dair tələblər: Ali və ya orta-ixtisas təhsili; Satış sahəsində minimum 1 il iş təcrübəsi (elektronika sahəsi arzuolunandır); Azərbaycan dilində səlis danışıq qabiliyyəti (Rus dili biliyi üstünlükdür); Texnologiyaya maraq və öyrənməyə həvəs; Ünsiyyətcil, punktual və komandada işləmək bacarığı. İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; Əmək haqqı: Fix (məvacib) + Satışdan bonuslar; Peşəkar inkişaf və karyera yüksəlişi imkanı. CV-nizi mövzu hissəsində "Satış məsləhətçisi(Bərdə rayonu)" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/196960/satis-meslehetcisi-berde-rayonu