Prayk
Satış mütəxəssisi — Satış
Razılaşma yolu ilə

Satış mütəxəssisi

YoxlanılıbBu gün
KateqoriyaSatış

№6305863·Baxışlar: 2

Təsvir

Vəzifə öhdəlikləri Daşınmaz əmlak bazarının araşdırılması və müvafiq satış strategiyalarının tətbiqi; Potensial müştərilərin axtarılması, cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi; Müştərilərin müraciətlərinin qəbul edilməsi, ehtiyaclarının, büdcələrinin və daşınmaz əmlakla bağlı gözləntilərinin ətraflı öyrənilməsi; Potensial alıcılarla telefon danışıqlarının aparılması, daxil olan sorğuların operativ cavablandırılması və müştərilərlə davamlı əlaqənin saxlanılması; Satış prosesinin ilkin müraciətdən müqavilənin bağlanmasına qədər müşayiət edilməsi; Alqı-satqı prosesində müştərilərin müvafiq sənədləşmə mərhələləri barədə məlumatlandırılması və aidiyyəti üzrə dəstəyin göstərilməsi; Şirkətin nüfuzunun qorunması, müştərilərlə etik davranış qaydalarına riayət edilməsi və peşəkar iş münasibətlərinin formalaşdırılması. Gündəlik və aylıq satış nəticələri haqqında rəhbərliyə hesabat verilməsi. Namizədə tələblər Ali təhsil; Daşınmaz əmlak sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir; Yüksək ünsiyyət və təqdimat bacarığı; Güclü inandırma və danışıqlar aparmaq qabiliyyəti; Müştərilərlə düzgün və peşəkar münasibət qurmaq bacarığı; Azərbaycan dilində səlis danışıq. Rus və ingilis dili bilikləri üstünlükdür. CRM sistemləri ilə işləmə bacarığı. Əmək haqqı-1500 AZN+satışdan bonus Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində email ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 23.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/kensington-satis-mutexessisi-156775
REKLAM