Prayk

Satış mütəxəssisi (B2B sales specıalıst)

800 ₼
YoxlanılıbDünən
Şəhər
Bakı
Kateqoriya
Satış
Tarix
Baxışlar
2
Nömrə
№5933756

Təsvir

İşin təsviri: Yeni potensial müştərilərin və biznes tərəfdaşlarının müəyyən edilməsi və cəlb olunması. Şirkətlərlə ilkin əlaqələrin qurulması, görüşlərin təşkili və satış danışıqlarının aparılması. Invicta Agency-nin xidmətlərinin potensial müştərilərə təqdim edilməsi və satış prosesinin idarə olunması. Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun kommersiya təkliflərinin hazırlanması. Təkliflərin göndərilməsindən müqavilənin bağlanmasına və satışın tamamlanmasına qədər bütün prosesin idarə edilməsi. Mövcud müştərilərlə əlaqələrin qorunması və uzunmüddətli əməkdaşlıqların qurulması. Satış funnel-ının idarə edilməsi, CRM sistemində məlumatların yenilənməsi və müntəzəm hesabatların hazırlanması. Aylıq və rüblük satış hədəflərinin yerinə yetirilməsi. Tələblər: Satış sahəsində minimum 1 il iş təcrübəsi. B2B satış və korporativ müştərilərlə iş təcrübəsinə üstünlük verilir. Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı. Müştəri ehtiyaclarını düzgün analiz etmək və satışa çevirmək bacarığı. Sales Funnel və CRM sistemləri ilə işləmək təcrübəsi. Kommersiya təklifləri hazırlamaq və müqavilə danışıqları aparmaq bacarığı. Nəticəyönümlü, təşəbbüskar və məsuliyyətli olmaq. Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət. Rus və ingilis dili bilikləri üstünlükdür. İş şəraiti: İş qrafiki: 10:00 - 19:00 İş formatı: Ofisdən (Bakı). Əməkhaqqı: Razılaşma əsasında + satış nəticələrinə görə bonus. Peşəkar və dinamik komandada işləmək imkanı. Biz nə axtarırıq? Bizə sadəcə müştərilərlə danışan deyil, yeni müştərilər qazanan, satış fürsətlərini görən, danışıqları nəticəyə çevirən və biznesin böyüməsinə real töhfə verən əməkdaş lazımdır.

Elanın mənbəyi

Orijinal elanı aç

© Invicta Holdinq MMC busy.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp