
4
Satış Nümayəndəsi (Ekspeditor) Mingəçevir, Göyçay, Ağdaş

Razılaşma yolu ilə
Satış Nümayəndəsi (Ekspeditor) Mingəçevir, Göyçay, Ağdaş
YoxlanılıbDünən
Tarix
Baxışlar4
Nömrə№5023611
Təsvir
Vəzifənin məqsədi:
Məhsulların təyin olunmuş marşrut üzrə müştərilərə təqdim edilməsi, satış hədəflərinin icrası, yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazası ilə davamlı əməkdaşlığın təmin edilməsi.
Vəzifə öhdəlikləri:
Müəyyən olunmuş ərazilər üzrə gündəlik satış ziyarətlərini həyata keçirmək;
Yeni müştərilər cəlb etmək və mövcud müştəri bazasını inkişaf etdirmək;
Sifarişləri qəbul etmək və vaxtında çatdırılmasını koordinasiya etmək;
Debitor borclara nəzarət etmək;
Satış planlarını yerinə yetirmək;
Rəhbərliyə gündəlik və aylıq hesabatlar təqdim etmək;
Tələblər:
Minimum 2–3 il satış nümayəndəsi (ekspeditor) vəzifəsində iş təcrübəsi;
Şəxsi minik avtomobilinin olması (mütləq);
Ali və ya orta ixtisas təhsili;
MS Office proqramlarında ilkin biliklər;
Bacarıqlar:
Satış və danışıqlar aparmaq bacarığı;
Yüksək ünsiyyət və təqdimat bacarığı;
Müştəriyönümlü yanaşma;
Planlama və vaxtın effektiv idarə olunması;
Məsuliyyətlilik və nəticəyönümlülük;
Problem həll etmə və qərarvermə bacarığı;
Komandada işləmək bacarığı;
Təminatlar:
Rəqabətli əmək haqqı və bonus sistemi;
Yanacaq və amortizasiya xərclərinin qarşılanması (şirkət siyasətinə uyğun);
Korporativ mobil nömrə;
Peşəkar inkişaf və karyera imkanları.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Nümayəndəsi (Ekspeditor)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.
Son müraciət tarixi: 23.11.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Superfon jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM







