Promo məhsulların satışı üzrə komandamıza xanım Satış Təmsilçisi axtarırıq.
Vəzifə öhdəlikləri
Müştərilərlə telefon, sosial şəbəkələr və digər kommunikasiya kanalları vasitəsilə ünsiyyət qurmaq
Müştərinin ehtiyaclarını müəyyənləşdirərək uyğun məhsullar təklif etmək
Müştəriləri inandıraraq satış prosesini həyata keçirmək
Korporativ və fərdi müştərilərlə satış əməliyyatlarını icra etmək
Gələn mesaj və kommentləri operativ şəkildə cavablandırmaq
Müştəri müraciətləri və sifarişlərin vaxtında icrasını təmin etmək
Satış prosesində yaranan çətinlikləri operativ şəkildə həll etmək
Sosial media paylaşımlarının gündəlik olaraq paylaşılmasını təmin etmək
Uniforma məhsulları barədə müştərilərə ətraflı məlumat təqdim etmək
Satış hədəflərinə çatmaq və nəticələrin artırılması üçün aktiv çalışmaq
Namizədə tələblər
Xanım namizədlər
18–30 yaş aralığı
Səlis və düzgün ünsiyyət qurmaq bacarığına sahib olmaq
Güclü inandırma və satış qabiliyyətinə malik olmaq
Korporativ və fərdi satış sahəsində təcrübə və ya bacarıq göstərmək
Problemləri operativ şəkildə həll etmək bacarığına sahib olmaq
Sosial şəbəkələrdən aktiv və effektiv istifadə etmək
Mesaj və kommentlərin cavablandırılmasına məsuliyyətli yanaşmaq
Gündəlik postların hazırlanması və paylaşılmasını icra etmək, lazım gələrsə kamera qarşısına keçib kontent yaratmaq
CapCut, InShot və oxşar proqramlarda işləmə bacarığına sahib olmaq
Microsoft Word və Excel proqramlarını bilmək
Operativ, məsuliyyətli və nəticəyönümlü yanaşma sərgiləmək
Komanda ilə effektiv işləmək bacarığına sahib olmaq
İş şərtləri
İş günləri: Həftə içi 6 gün
İş saatları: Bazar ertəsi–Cümə: 09:00–18:00, Şənbə: 10:00–16:00
Əmək haqqı: Minimum 1000 + AZN Bonus daxil
İş sahəsi: Promo məhsulların satışı
Dinamik və inkişaf yönümlü iş mühiti təqdim olunur
Maraqlanan şəxslər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə “Satış təmsilçisi” başlığı ilə göndərə bilərlər.
Maaş: 1000 AZN
Son müraciət tarixi: 21.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/awards-print-satis-temsilcisi-154342
REKLAM
Cookie fayllarından istifadə edirik Analitika yalnız razılığınızla; zəruri cookie-lər həmişə aktivdir.Məxfilik siyasəti