Prayk

Satış təmsilçisi

400 ₼
YoxlanılıbBu gün
ŞəhərBakı
KateqoriyaSatış

№6376324·Baxışlar: 5

Təsvir

Ritm Mebel Komandasına Qoşulun! Biz, mebel satış sahəsində dinamik və peşəkar komandamızı genişləndiririk. Babək prospektində yerləşən mağazamızda çalışacaq, enerjili və nəticəyə yönəlmiş Satış Təmsilçisi axtarırıq! Əgər siz də satışı sevirsinizsə, insanlarla asanlıqla ünsiyyət qurursunuzsa və özünüzü mebel sənayesində sınamaq istəyirsinizsə, bu fürsəti qaçırmayın! - İş saatları: 10:00–19:00; - Əməkhaqqı: 1500 AZN + (fiks 400 AZN + bonuslar); - Rahat iş mühiti; - Karyera və peşəkar inkişaf imkanları. - İş yeri: Bakı şəhəri, Babək prospekti 76 (Xalqlar körpüsünün yanı). MÜRACİƏT QAYDASI: Maraqlanan namizədlər aşağıdakı əlaqə nömrələri vasitəsilə müraciət edə bilərlər. Qeyd: CV-də foto olması mütləqdir. Öhdəliklər - Müştərilərin qarşılanması və mebel məhsulları haqqında ətraflı məlumatın verilməsi; - Müştərilərin ehtiyaclarına uyğun məhsulların təklif edilməsi; - Satış prosesinin həyata keçirilməsi və satış hədəflərinin yerinə yetirilməsi; - TikTok platformasında canlı yayımların aparılması və məhsulların təqdim edilməsi; - Müştərilərlə peşəkar ünsiyyətin qurulması və məmnuniyyətin təmin edilməsi; - Məhsulların təqdimatında və satışın artırılmasında aktiv iştirak edilməsi. Tələblər - Satış sahəsində iş təcrübəsi arzuolunandır; - TikTok platformasında canlı yayım aparmaq bacarığı; - Yüksək ünsiyyət və təqdimat bacarıqları; - Müştərilərlə sərbəst və inamlı ünsiyyət qurmaq bacarığı; - Satış sahəsinə maraq və nəticəyönümlü yanaşma. ŞƏXSİ VƏ PEŞƏKAR BACARIQLAR: - Gülərüz, pozitiv və ünsiyyətcil olmaq; - Məsuliyyətli və diqqətli olmaq; - Komandada işləmək bacarığı; - Təşəbbüskar və aktiv olmaq; - Müştəri məmnuniyyətinə önəm vermək; - Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı.

Elanın mənbəyi

Orijinal elanı aç

© Ritm mebel busy.az · Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM