
10
Sətəm üzrə Koordinator

Razılaşma yolu ilə
Sətəm üzrə Koordinator
Analiz edilibBu gün
Tarix
Baxışlar10
Nömrə№4544413
Təsvir
Məkan - Bakı şəhəri
İşin qısa təsviri
Əməyin təhlükəsizliyi üzrə koordinator, sağlamlıq və təhlükəsizliyə nəzarət edir, riskləri qiymətləndirir və təyin edilmiş bütün şirkət iş yerlərində potensial təhlükələri azaltmaq üçün strategiyalar hazırlayır.
Əsas Vəzifə Öhdəlikləri:
Əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək.
İş yerlərində təhlükələri müəyyənləşdirmək, riskləri qiymətləndirmək və qabaqlayıcı tədbirlər hazırlamaq.
İşçilər üçün təhlükəsizlik təlimləri və təlimatlandırmalar keçirmək.
İş yerlərinin, avadanlıqların və fərdi mühafizə vasitələrinin yoxlanılmasında iştirak etmək.
İstehsalat hadisələrinin araşdırılmasında iştirak etmək, hesabat və təhlükəsizlik sənədlərini hazırlamaq.
Tələblər
Yaş aralığı
25-45
Təhsil səviyyəsi
Əməyin mühafizəsi, mühəndislik və ya əlaqəli sahə üzrə ali təhsil.
Nailiyyətlər və Təcrübə
Minimum 1 il SƏTƏM şöbəsi
Microsoft Office (Word, Excel, PowerPoint, Outlook, Visio və s.), 1C, Coins
Azərbaycan Respublikasının əməyin mühafizəsi tələbləri üzrə biliklər.
Azərbaycan, İngilis və Rus dillərini səlis bilməli
SƏTƏM üzrə sertifikatlar üstünlükdür
Şəxsi keyfiyyətlər
Hissiyat və cəldlik
Analitik düşüncə
Təzyiq altında işləmək
Daxili və xarici işçi dövriyyəsinə diqqət
Dürüstlük
Məsuliyyət
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 13.11.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Caspian Entertainment Company jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM














