Prayk

Sətəm üzrə mütəxəssis

988 ₼
YoxlanılıbDünən

№6442195·Baxışlar: 2

Təsvir

Vakansiya haqqında məlumat: Yeni işə qəbul olunmuş işçilərə Əməyin mühafizəsi üzrə giriş təlimatı keçmək; İlkin və dövrü (rübdə bir) yanğın təhlükəsizliyi təlimatlarını keçmək; İşçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etmək; Qəzaların və qəza vəziyyətlərinin aradan qaldırılması planlarının işlənməsi və həyata keçirilməsinə nəzarət etmək; Əməyin mühafizəsi üzrə kurslar və təlimlər təşkil etmək; Sahələrdə çalışan rəhbərlər və mühəndis-texniki işçilərə əməyin mühafizəsi sahəsində müxtəlif təlimlər keçmək; Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə nəzarət etmək; Səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına nəzarət etmək; Fəhlələrin və mühəndis texniki işçilərin əməyin mühafizəsi sahəsində təkrar bilik yoxlamasından keçirilməsinin  təşkil etmək; Üçüncü tərəf təşkilatlar ilə (FHN, Dövlət Əmək Müfəttişliyi, Həmkarlar İttifaqı və s.) qarşılıqlı əlaqələr qurmaq; İstesalatda baş vermiş bədbəxt hadisələrin və insidentlərin tədqiqatında  iştirak etmək və bədbəxt hadisələrin uçotunu aparmaq; İşə qəbul zamanı xüsusi peşə sahiblərinin vəsiqələrinin olmasına və onların dövrü bilik yoxlamasından keçirilməsinə nəzarət etmək; Tələblər: Ali təhsil; Müvafiq iş üzrə ən azı 1 (bir) il iş təcrübəsi; Azərbaycan dilində səlis danışıq və yazı Müvafiq sertifikata malik Fəaliyyətinə aid olan normativ və metodiki materialları; Çeviklik və uyğunlaşma bacarığı; Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı İş şəraitinin şərtləri Ə/h- 988 AZN (gross) CV-nizi başlıqda "SƏTƏM üzrə mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Maaş: 988 AZN Son müraciət tarixi: 27.12.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Azerbaijan Poultry Company jobsearch.az · Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM