
Silo operatoru (Yevlax)

Razılaşma yolu ilə
Silo operatoru (Yevlax)
YoxlanılıbDünən
ŞəhərYevlax
Tarix
Baxışlar6
Nömrə№4908894
Təsvir
· Silo və avadanlıqlarda görünən nasazlıqlar, material sızması, tıxanma, qeyri-adi səs, vibrasiya və digər təhlükəli hallar barədə rəhbərliyə məlumat vermək.· Xammalın qəbulu və boşaldılması prosesinə nəzarət etmək.· Silolardakı xammalın səviyyəsini izləmək, dolma və boşalma proseslərini müəyyən edilmiş limitlər daxilində saxlamaq.· Xammalın düzgün siloya yönləndirilməsini və müxtəlif materialların qarışmasının qarşısının alınmasını təmin etmək.· Konveyer, şnek, klapan və dozalama sistemlərini təsdiq edilmiş iş ardıcıllığına uyğun idarə etmək.· İstehsalat xəttinə xammalın tələb olunan miqdarda və fasiləsiz verilməsini təmin etmək.· İdarəetmə panelindəki göstəriciləri, xəbərdarlıqları və avtomatlaşdırma sisteminin siqnallarını izləmək.· Xammalın çatışmazlığı, həddindən artıq dolma, ötürmə prosesinin dayanması və digər kənarlaşmalar barədə növbə rəisinə vaxtında məlumat vermək.· İş prosesi zamanı xammalın itkisinin, dağılmasının və çirklənməsinin qarşısını almaq.· İş yerinin təmizliyini və səliqəsini qorumaq, xammal qalıqlarının müəssisənin müəyyən etdiyi qaydada təmizlənməsini təmin etmək.· Növbənin sonunda işi təhvil vermək və növbəti operatora mövcud vəziyyət, xammal ehtiyatı və aşkar edilmiş problemlər barədə məlumat vermək.· Təhlükəsizlik qaydalarına uyğun olaraq, avadanlığın təmizlənməsi və texniki xidmətə hazırlanması proseslərində iştirak etmək.· Rəhbərlik tərəfindən vəzifəyə uyğun verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
· Təhsil səviyyəsi: Ali və ya Orta ixtisas təhsil, texniki təhsil üstünlükdür.· İş təcrübəsi: 1-3 il· Dil bilikləri: Azərbaycan dili (əla)· Fiziki tələblər:Yoxdur
Vakansiya növü: Tam ştat
Şirkət: Agro Dairy LLC
Yer: Yevlax, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/agrodairy/agrodairy-silo-operatoru-yevlax-72379630/apply
REKLAM











