
Bakı16
Sınaqçı mühəndis
Sınaqçı mühəndis
Razılaşma yolu ilə
Yoxlanılıb2 həftə əvvəl
ŞəhərBakı
Tarix
Baxışlar16
Nömrə№3987846
Təsvir
Bizim üçün uyğun namizəd:
Ali təhsil;
Müvafiq sahədə 2 il iş təcrübəsi;
Azərbaycan dilini sərbəst, Rus və İngilis dilini yaxşı səviyyədə bilməli;
Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
ISO 17025 sertifikatının olması arzu olunandır;
İşgüzar və məsuliyyətli olmalıdır.
Hansı işləri görəcəksiniz?
İstehsal olunmuş məhsulun keyfiyyətinə nəzarət edir,sınaqlar aparır və müvafiq rəy verir;
Məhsulun keyfiyyətinə nəzarət işlərini və sınaqların keçirilməsini beynəlxalq, yerli standartlar və texniki şərtlər əsasında təmin etmək;
İstehsal olunmuş məhsulun sınağını keçirir, onların keyfiyyətinin standartlar və texniki şərtlərin tələblərinə uyğun olub-olmaması nəticələrini sənədləşdirir;
Laboratoriyanın fəaliyyəti haqqında hesabatları hazırlayır və laboratoriyanın baş mühəndisinə təqdim edir;
Standartların tələbinə uyğun olmayan məhsulların aşkar olunması, sənədləşdirilməsi, istifadə edilməsi barədə müvafiq tədbirlər görür, laboratoriyanın baş mühəndisinə rəy və təkliflər verir;
Uyğunsuzluqların qarşısını almaq üçün təkrar yoxlamalar keçirir.
Nə əldə edəcəksiniz?
Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
Adekvat əmək haqqı;
Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
İş vaxtı: Növbəli;
İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sınaqçı mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla göndərilməsi xahiş olunur.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/196987/sinaqci-muhendis
REKLAM



