
Smeta mühəndisi
Smeta mühəndisi
Razılaşma yolu ilə
Yoxlanılıb2 gün əvvəl
Tarix
Nömrə№3450704
Təsvir
“Nardaran İnvest” MMC “Smeta mühəndisi” vakansiyasını elan edir!
Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.
Vəzifə öhdəlikləri:
Layihə sənədlərinə uyğun olaraq ümumi tikinti işləri üzrə ilkin və tam inşaat smetalarının hazırlanmasını və vaxtında təhvil verilməsini təmin etmək;
Əsaslı tikinti-quraşdırma və təmir işləri üzrə hazırlanmış və təsdiq edilmiş sənədləri və cədvəlləri təhlil etmək;
Layihə üzrə büdcə risklərini təhlil etmək və nəticələr əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
Layihə, spesifikasiya və smeta sənədləri arasındakı uyğunsuzluqları müəyyən etmək;
Layihədə dəyişikliklər baş verdikdə smeta sənədlərinə müvafiq düzəlişlər etmək;
Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərini yoxlamaq və nəticələr üzrə arayışlar hazırlamaq;
Tikinti-quraşdırma, təmir və digər işlərin qiymətləndirilməsi prosesində iştirak etmək;
Yenidən qurulan və ya təmir olunan obyektlər üzrə titul vərəqələrinin hazırlanmasında iştirak etmək;
Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırmaq və normativ tələblərə riayət olunmasına nəzarət etmək;
Görülmüş tikinti-quraşdırma və təmir işləri üzrə müvafiq aktları hazırlamaq;
Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin optimallaşdırılması və aşağı salınması istiqamətində tədbirlər görmək;
Smeta sənədlərinin uçotunu aparmaq və smeta-maliyyə hesablamalarını sistemləşdirmək;
Smeta qiymətləri üzrə arayışlar hazırlamaq;
Tikinti layihələri üzrə yerinə yetirilmiş, mövcud və yarımçıq qalmış işlərin həcmlərini və materialları hesablamaq, müvafiq cədvəlləri hazırlamaq;
Obyektlərdə və sahələrdə ölçü işlərini aparmaq;
Smetaları bazar qiymətləri əsasında hesablamaq;
Texniki hesabatları, o cümlədən Forma 2, Forma 3 və xərc analizlərini hazırlamaq;
Sahələrdən daxil olan texniki hesabatları yoxlamaq.
Namizədə dair tələblər:
Mühəndislik, xüsusilə İnşaat mühəndisliyi üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Layihə-smeta işlərinin hazırlanması üçün normativ-hüquqi sənədlər haqqında bilik;
Eskiz və ya layihə əsasında iş həcmlərinin çıxarılması, BoQ-un hazırlanması və qiymətləndirilməsi bacarığı;
Titul vərəqələrinin, aşkar olunan nasazlıqlar cədvəlinin və digər texniki sənədlərin hazırlanması qaydalarını bilmək;
İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək;
MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
1C və AutoCAD proqramları ilə işləmək bacarığı;
Azərbaycan dilini əla səviyyədə bilmək;
İngilis və rus dillərini bilmək arzuolunandır;
Analitik düşüncə tərzi;
Dəqiqlik, operativlik və məsuliyyətlilik;
Detallara diqqət və komandada işləmək bacarığı.
Üstünlük veriləcək:
İnşaat layihələri üzrə smeta hazırlanması sahəsində praktiki təcrübə;
Podratçı təşkilatlarla smeta sənədlərinin razılaşdırılması üzrə təcrübə;
Tikinti sahələrində ölçü işlərinin aparılması və faktiki iş həcmlərinin müəyyənləşdirilməsi təcrübəsi;
Rus dilini bilmək;
Böyük həcmli tikinti layihələri üzrə iş təcrübəsi.
İş barədə məlumat:
5 günlük iş rejimi;
İş saatları: həftə içi 09:00 – 18:00;
Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Smeta mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 29.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/nardaran-invest-smeta-muhendisi-152542
Bənzər elanlar














