
7
Smeta mühəndisi (Cost Estimator / Quantity Surveyor)
Smeta mühəndisi (Cost Estimator / Quantity Surveyor)
Razılaşma yolu ilə
Yoxlanılıb2 həftə əvvəl
Tarix
Baxışlar7
Nömrə№3809994
Təsvir
Vəzifə öhdəlikləri:
Layihə sənədlərinin (cizgilər, spesifikasiyalar) təhlili və smetaların tərtib edilməsi;
Tikinti-quraşdırma işləri üzrə Method Statement (İşlərin icra metodikası və texnoloji ardıcıllıq planı) sənədlərinin hazırlanması;
AutoCAD cizgiləri əsasında iş və material həcmlərinin (BoQ – Bill of Quantities) dəqiq hesablanması;
Forma №2, Forma №3 və aylıq icra aktlarının hazırlanması, yoxlanılması və təsdiqi;
Bazar qiymətləri, resurslar və tikinti metodologiyası əsasında layihənin maya dəyərinin (cost estimation) çıxarılması;
Subpodratçı və təchizatçıların qiymət təkliflərinin, smeta və aktlarının təhlili;
Layihə dəyişiklikləri zamanı əlavə iş həcmlərinin (Variation Orders) vaxtında hesablanması və əsaslandırılması.
Tələblər:
Təhsil: İnşaat mühəndisliyi və ya texniki sahədə ali təhsil;
İş təcrübəsi: Tikinti və ya mühəndislik layihələrində smeta / sahə mühəndisliyi üzrə minimum 3 il təcrübə;
Texniki bacarıqlar: Tikinti texnologiyalarını dərindən bilmək, sərbəst şəkildə Method Statement tərtib etmək bacarığı;
Proqram bilikləri: MS Excel (mükəmməl səviyyədə — mürəkkəb formullar, həcm cədvəlləri), AutoCAD (həcmləri çıxarmaq və layihəni oxumaq üçün);
Yerli tikinti norma və standartlarını (AzDTN) bilmək;
Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili, İngilis dili (Method Statement və beynəlxalq standartlı sənədlər üçün arzuolunandır).
İş şəraiti:
İş qrafiki: I–V günlər, 09:00 – 18:00;
Əməkhaqqı: Müsahibə əsasında (təcrübə və bacarıqlara uyğun);
Ünvan: Qurban Xəlilov 8.
CV-nizi mövzu hissəsində «Smeta mühəndisi» qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Son müraciət tarixi: 05.11.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Avro - Asiya İnşaat Korporasiyası “Evrascon” ASC jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM













