MGH İnşaat şirkəti Smetaçı vəzifəsinə məsuliyyətli və təcrübəli əməkdaş dəvət edir.
İş yeri: Bakı, Yevlax, Qarabağ
Əmək haqqı: Namizədin bilik, bacarıq və iş təcrübəsinə əsasən müəyyən edilir.
Uyğun namizədlər CV-lərini qeyd olunan əlaqə vasitəsinə göndərə bilərlər.
Tələblər:
İnşaat mühəndisliyi, iqtisadiyyat və ya müvafiq ixtisas üzrə ali təhsil
Tikinti sahəsində smeta hazırlanması üzrə iş təcrübəsi
Layihə və texniki sənədləri oxuma və təhlil etmə bacarığı
Tikinti işlərinin həcmlərinin hesablanması
Material, əmək və texniki resursların qiymətləndirilməsi
Smeta və hesablamaların hazırlanması
MS Office proqramlarında, xüsusilə Excel proqramında işləmək bacarığı
Məsuliyyətli, diqqətli və analitik düşüncəli olmaq.
Vəzifə öhdəlikləri:
Tikinti layihələri üzrə smeta sənədlərinin hazırlanması
İş həcmlərinin hesablanması və qiymətləndirilməsi
Material və digər resursların miqdar və dəyərinin müəyyənləşdirilməsi
Smeta hesablamalarının layihə və texniki sənədlərə uyğun aparılması
Görülmüş işlər üzrə hesabatların hazırlanması
Smeta sənədlərinə dəyişikliklərin və əlavələrin işlənilməsi.
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər