Prayk

SMM mütəxəssisi

700 ₼
YoxlanılıbBu gün
ŞəhərBakı

№6328534·Baxışlar: 2

Təsvir

Vəzifə öhdəlikləri: Instagram, TikTok və digər sosial media platformalarının idarə olunması; Paylaşımlar, Reels və digər rəqəmsal kontentlərin planlaşdırılması və təşkili; Məhsul və layihələrin sosial mediada effektiv təqdim olunması; Sosial media trendlərinin izlənilməsi və brendə uyğun tətbiqi; Reklam kampaniyalarının hazırlanması, idarə olunması və nəticələrinin təhlili; Auditoriya ilə qarşılıqlı əlaqənin qurulması, gələn mesajların və şərhlərin izlənilməsi; Brendin sosial mediada tanınmasının artırılması. Namizədə tələblər: SMM, rəqəmsal marketinq, kommunikasiya və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi; Instagram, TikTok və digər sosial media platformalarının idarə olunması üzrə bilik və təcrübə; Sosial media strategiyası və kontent planı hazırlamaq bacarığı; Telefon və ya kamera ilə keyfiyyətli foto-video çəkiliş bacarığı; Meta Business Suite və reklam alətləri ilə işləmək bacarığı; Reklam kampaniyalarının idarə olunması və nəticələrinin təhlili üzrə biliklər; Canva, CapCut, Premiere Pro və digər dizayn/video montaj proqramlarından istifadə bacarığı; Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; Kreativ düşüncə, təşəbbüskarlıq və məsuliyyətlilik; Portfolio və əvvəlki iş nümunələrinin təqdim edilməsi. İş şəraiti İş yeri: Mehdiabad qəsəbəsi — fabrikin daxilində yerləşən ofis İş saatları: 6 gün 09:00–18:00 Nahar şirkət tərəfindən təmin olunur Əmək haqqı: 700 - 800 AZN (+ bonus) CV-nizi və portfolio nümunələrinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərə bilərsiniz. Qeyd: İş yeri Mehdiabad ərazisində yerləşdiyindən, bu əraziyə yaxın yaşayan və iş yerinə müntəzəm gediş-gəliş imkanı olan namizədlərə üstünlük verilir. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/208365/smm-mutexessisi
REKLAM