Marketinq komandasına sosial media hesablarının idarə olunması, rəqəmsal reklam kampaniyalarının həyata keçirilməsi və vizual kontentin hazırlanması üzrə kreativ, məsuliyyətli və nəticəyönümlü SMM mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri:
Sosial media idarəçiliyi
Şirkətə məxsus brendlərin sosial media hesablarının (Instagram, Facebook, TikTok) idarə olunması;
Aylıq kontent planının hazırlanması və icrasının təmin edilməsi;
Brendin kommunikasiya strategiyasına uyğun kreativ kontent ideyalarının hazırlanması;
Post, Story, Reels və TikTok videoları üçün mətnlərin və ssenarilərin hazırlanması;
Foto və video çəkilişlərinin təşkili və çəkiliş prosesində iştirak;
Sosial media üzərindən daxil olan şərh və mesajların operativ cavablandırılması;
Rəqiblərin sosial media fəaliyyətinin və aktual trendlərin mütəmadi təhlil edilməsi.
Rəqəmsal reklam və analitika
Meta Ads Manager və TikTok Ads Manager platformalarında reklam kampaniyalarının yaradılması, idarə olunması və optimallaşdırılması;
Hədəf auditoriyalarının müəyyənləşdirilməsi və seqmentləşdirilməsi;
Ayrılmış reklam büdcəsinin effektiv idarə olunması;
Reklam kampaniyalarının effektivliyinin təhlil edilməsi (CTR, CPC, CPM, CPA, ROAS);
Brendin tanınmasının, auditoriya aktivliyinin və satış göstəricilərinin artırılmasına yönəlmiş reklam kampaniyalarının həyata keçirilməsi;
Həftəlik və aylıq hesabatların hazırlanması.
Namizədə dair tələblər:
SMM və rəqəmsal marketinq sahəsində minimum 1–2 il iş təcrübəsi;
Meta Ads Manager və TikTok Ads Manager platformaları üzrə praktiki bilik və bacarıqlar;
Qrafik dizayn üzrə ilkin (Junior) səviyyədə bilik və bacarıqlar;
Sosial media alqoritmləri və rəqəmsal marketinq trendləri haqqında məlumatlı olmaq;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Rus və ingilis dillərini bilmək üstünlükdür;
Kreativ düşüncə və analitik yanaşma;
Məsuliyyətlilik, təşəbbüskarlıq və vaxtın düzgün idarə olunması;
Komandada işləmək və eyni zamanda bir neçə layihəni idarə etmək bacarığı;
FMCG və ya qida sektorunda iş təcrübəsi üstünlükdür.
Maaş – 800 Azn
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu yerində SMM mütəxəssisi qeyd edilməlidir.
Maaş: 800 AZN
Son müraciət tarixi: 27.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/imanna-mmc-smm-mutexessisi-157088
REKLAM
Cookie fayllarından istifadə edirik Analitika yalnız razılığınızla; zəruri cookie-lər həmişə aktivdir.Məxfilik siyasəti