Prayk

Steward (Təmizlik işçisi)

700 ₼
Yoxlanılıb1 ay əvvəl
Şəhər
Bakı
Tarix
Baxışlar
10
Nömrə
№2440318

Təsvir

Satış obyektlərimizə “Steward (Təmizlik işçisi)” vakansiyası üzrə məsuliyyətli və cəld kişi namizəd axtarırıq. İş şəraiti: İş qrafiki: 6 günlük iş rejimi Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir Ünvan: Nərimanov rayonu Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində“Steward (Təmizlik işçisi)” qeyd etməklə [email protected] email ünvanına göndərə bilərlər. Tələblər: Mətbəx və təmizlik işlərində səliqəli və diqqətli olmaq İş intizamına və sanitariya-gigiyena qaydalarına riayət etmək Komandada işləmək bacarığı Məsuliyyətli, punktual və işinə ciddi yanaşmaq Restoran və ya mətbəxdə iş təcrübəsi arzuolunandır Vəzifə öhdəlikləri: Qab-qacaq, mətbəx avadanlıqları, inventar və digər yuyula bilən əşyaları müəyyən edilmiş qaydalara uyğun yumaq və dezinfeksiya etmək. Təmiz yuyulmuş qab-qacağı qurudaraq müəyyən edilmiş yerlərdə səliqəli şəkildə yerləşdirmək. Qabların yuyulması zamanı yuyucu və dezinfeksiyaedici vasitələrdən təlimata uyğun istifadə etmək. Qab-qacaq və mətbəx inventarının gigiyenik vəziyyətinə nəzarət etmək. Mətbəxin, qab yuma sahəsinin, anbar və digər yardımçı sahələrin təmizliyini təmin etmək. Döşəmə, divar, iş səthləri, rəflər, zibil qabları və digər sahələrin təmizliyində iştirak etmək. Mətbəx avadanlıqlarının və inventarının təmizlənməsində aşpazlara və digər mətbəx əməkdaşlarına kömək etmək. Tullantıları müəyyən edilmiş qaydalara uyğun toplamaq, çeşidləmək və təyin olunmuş əraziyə çıxarmaq. Zibil qablarının vaxtında boşaldılmasını və təmiz saxlanılmasını təmin etmək. Qab-qacaq, avadanlıq və inventarda sınıq, çat, nasazlıq və ya digər qüsurlar aşkar etdikdə dərhal məsul şəxsə məlumat vermək. Təmizlik vasitələrinin düzgün və təhlükəsiz saxlanılmasını təmin etmək. Mətbəx və yardımçı sahələrdə sürüşmə, su sızması, avadanlıq nasazlığı və digər təhlükəli vəziyyətləri dərhal rəhbərliyə bildirmək Maaş: 700-800 AZN Yaş: 25-35 Təhsil: Orta texniki İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Elanın mənbəyi

Orijinal elanı aç

© TAİS İKF MMC boss.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp