
3
Stok Kontroller
Stok Kontroller
Razılaşma yolu ilə
YoxlanılıbBu gün
Tarix
Baxışlar3
Nömrə№5922920
Təsvir
Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 151
İş qrafiki: Beş iş günü, saat 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)
Tələblər:
Ali təhsil(Logistika, Təchizat, Anbar təsərrüfatı, Mühasibat uçotu və ya müvafiq sahələr üzrə təhsil üstünlükdür);
Anbar təsərrüfatı, stokun idarə edilməsi və ya material uçotu sahəsində minimum 2 il iş təcrübəsi;
Anbar uçotu, mal-materialların qəbulu, saxlanılması və təhvil verilməsi prosesləri üzrə biliklər;
İnventarizasiya və stok qalıqlarının yoxlanılması üzrə praktiki bacarıqlar;
Mal və materialların sənədlərinin (qaimə, təhvil-təslim aktı, sifariş sənədləri və s.) yoxlanılması və düzgün rəsmiləşdirilməsi bacarığı;
MS Excel proqramı ilə işləmək bacarığı (stok hesabatlarının hazırlanması və məlumatların qeydiyyatı);
Anbar uçotu və ya ERP proqramları ilə işləmək təcrübəsi üstünlükdür;
Analitik düşünmə, diqqətlilik və detallara yüksək həssaslıq;
Planlaşdırma, təşkilatçılıq və vaxtın düzgün idarə edilməsi bacarığı;
Komandada işləmək və digər struktur bölmələrlə effektiv kommunikasiya qurmaq bacarığı;
Məsuliyyətlilik, dürüstlük və etibarlılıq.
Öhdəliklər:
Anbar uçotunun təşkil olunmasını həyata keçirmək
Anbarda mövcud olan əmlakı qorumaq
Anbarda mövcud olan materiallarla bağlı operativ olaraq rəhbərliyə məlumatları təqdim etmək və inventarizasiyanı aparmaq
Anbarda mal və materiallar məhdud olan zaman sifarişi vaxtında hazırlamaq və Təchizat üzrə koordinatora sifarişi təqdim etmək
Satıcı (Vendor) şirkətlərdən gələn mal və materialların sənədlərini yoxlamaq
Mal və materialları fiziki olaraq yoxlamaq və kodlaşdırmaq
Sifarişçi tərəfindən sifariş edilmiş mal və materialların vaxtında sifarişçiyə təhvil verilməsinə nəzarət etmək
Biz təklif edirik:
Rəqabətədavamlı əməkhaqqı
Məktəbin yeməkxanasında nahar imkanı
Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını göndərsinlər. E-poçtun mövzu hissəsində “Stok Kontroller” vəzifəsini qeyd etməyiniz xahiş olunur.
Son müraciət tarixi: 13.12.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Heydər Əliyev adına Müasir Təhsil Kompleksi jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM







