Prayk

Sürücü

700 ₼
YoxlanılıbBu gün
Şəhər
Bakı
Tarix
Baxışlar
3
Nömrə
№6043532

Təsvir

Vəzifə öhdəlikləri Şagirdlərin A korpusundan digər korpuslara təhlükəsiz və vaxtında daşınmasını təmin etmək; Şagirdlərin gündəlik gəzintilərə, ekskursiyalara və məktəbdənkənar tədbirlərə daşınmasını həyata keçirmək; Nəqliyyat vasitəsinin texniki vəziyyətinə mütəmadi nəzarət etmək, texniki baxış və servis xidmətlərinin vaxtında həyata keçirilməsini təmin etmək; Nəqliyyat vasitəsini daim təmiz, səliqəli və texniki cəhətdən saz vəziyyətdə saxlamaq; Şagirdlərin nəqliyyat vasitəsinə təhlükəsiz minib-düşməsinə nəzarət etmək; Daşınma zamanı yol hərəkəti və sərnişin təhlükəsizliyi qaydalarına ciddi riayət etmək; Nəqliyyat vasitəsində yaranan nasazlıqlar və digər problemlər barədə birbaşa rəhbəri vaxtında məlumatlandırmaq; Rəhbərlik tərəfindən verilən və əmək funksiyasına uyğun digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək. Namizədə olan tələblər D kateqoriyalı etibarlı sürücülük vəsiqəsi; Yaş həddi: 35–45; Sürücü vəzifəsində minimum 3 il iş təcrübəsi; Bakı şəhərinin yollarını və əsas marşrutlarını yaxşı bilmək; Yol hərəkəti qaydalarını mükəmməl bilmək və onlara ciddi riayət etmək; Sərnişin, xüsusilə şagird daşınması sahəsində təcrübənin olması üstünlükdür; Məsuliyyətli, intizamlı, səbirli, dürüst və punktual olmaq; Uşaqlarla ünsiyyətdə nəzakətli və diqqətli davranmaq; Zərurət yarandıqda dəyişkən iş qrafiki ilə işləməyə hazır olmaq. İş şəraiti İş yeri: Bakı şəhəri, Dünya Məktəbi İş qrafiki: Həftədə 5 gün, 08:00–17:00 Əmək haqqı: 700 AZN (NET) Məşğulluq forması: Tam ştat Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi. Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Sürücü” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/206537/surucu
REKLAM