Namizədə olan tələblər:
Ali təhsil;
1C proqramı üzrə minimum 1 il təcrübə;
Azərbaycan dili səlis, ingilis və rus dili bilikləri arzuolunandır;
MS Office proqramlarında işləmə bacarığı olmalı.
Vəzifə öhdəlikləri:
Holdinq şirkətlərinin 1C bazalarında idxal mallarının mədaxilini aparmaq;
Mallara bağlı xərcləri (terminal, daşıma, gömrük rüsumları, DGK/GB mədaxili və digər) daxil etmək;
1C-yə daxil ediləcək bütün ilkin sənədləri daxiletmədən əvvəl yoxlamaq (tamlıq, rekvizitlərin düzgünlüyü, məbləğ və kəmiyyətlərin uyğunluğu) ;
Uyğunsuzluq və ya çatışmayan sənəd olduqda logistika, gömrük və maliyyə əməkdaşları ilə əlaqə saxlayıb həll etmək;
Tapşırıq idarəetmə sistemində açılan sənədləşmə tapşırıqlarını vaxtında icra etmək və nəticəni tapşırıqda qeyd etmək;
Daxili çatlar, e-poçt və telefon vasitəsilə daxil olan sorğuları cavablandırmaq;
Mühasibatlıq və rəhbərlik üçün 1C-dən hesabat və çıxarışlar hazırlamaq, aylıq bağlanışa dəstək vermək;
1C üzrə avtomatlaşdırma və proses təkmilləşdirmə işlərində iştirak etmək.
İş şərtlərimiz:
Əmək haqqı: 500-600 AZN;
İş qrafiki: Həftə içi 5 gün;
İş saatları: 08:30-17:30;
Nahar təmin olunur;
İş yeri: Port Baku 2.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təchizat Sənədləşmələri üzrə Assistent” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Maaş: 500 AZN
Son müraciət tarixi: 18.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/ram-holding-techizat-senedlesmeleri-uzre-assistent-1c-operator-156424
REKLAM
Cookie fayllarından istifadə edirik Analitika yalnız razılığınızla; zəruri cookie-lər həmişə aktivdir.Məxfilik siyasəti