Prayk

Təchizat üzrə Mütəxəssis

Razılaşma yolu ilə
YoxlanılıbBu gün
Şəhər
Bakı
Kateqoriya
Satış
Tarix
Baxışlar
2
Nömrə
№5866307

Təsvir

Əsas Tələblər: Ali təhsil (İqtisadiyyat, Maliyyə və ya Menecment sahəsi üstünlükdür); Satınalma və ya təchizat zəncirinin idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi; Satınalma və tender prosedurları, RFQ/RFP və satınalma sifarişlərinin (PO) idarə edilməsi üzrə biliklər; Bazar araşdırması aparmaq və qiymət dalğalanmalarını təhlil etmək bacarığı; Tədarükçülərlə effektiv ünsiyyət və güclü danışıqlar aparma qabiliyyəti; MS Office (xüsusilə Excel) proqramlarında peşəkar işləmək bacarığı; Analitik düşünmə, detallara diqqət, planlaşdırma və vaxtın effektiv idarə edilməsi bacarığı; İşə məsuliyyətli yanaşma, işgüzar etika, komanda ilə işləmək və nəticəyönümlülük; İngilis dilində kommersiya təkliflərini, texniki sənədləri və işgüzar yazışmaları oxuyub anlamaq bacarığı; Əsas Vəzifə Öhdəlikləri: Daxil olan satınalma tələblərindəki məlumatların dolğunluğunu yoxlamaq, qeyri-müəyyənlikləri aradan qaldırmaq və daxili sifarişçilərlə koordinasiya qurmaq; Tender iştirakçılarının peşəkar uyğunluğunu yoxlamaq, Əsas Şərtlər Toplusunu hazırlayaraq tender elan etmək və təklif zərflərini toplamaq; Tender komissiyasının iştirakı ilə zərflərin açılışını və iclaslarını təşkil etmək, müvafiq protokolları hazırlamaq; Əvvəlcədən müəyyən edilmiş texniki, kommersiya və digər qiymətləndirmə meyarlarına əsasən təkliflərin müqayisə cədvəlini hazırlamaq, uyğun təklifi komissiyaya tövsiyə etmək və təsdiqini almaq; Potensial tədarükçüləri araşdırmaq, onlarla danışıqlar aparmaq, endirim sorğuları göndərmək və qalib namizədlərin istehsalat/anbar sahələrinə ziyarətlər etmək; Tədarükçülərin qiymət, keyfiyyət, çatdırılma müddəti və müqavilə öhdəliklərinə riayət etməsi üzrə performansını qiymətləndirmək və təkmilləşdirmə təklifləri hazırlamaq; Təsdiq edilmiş təklif üzrə satınalma sifarişini (PO) formalaşdırmaq, imzalatmaq və malların təyin olunmuş ünvana vaxtında çatdırılmasını təqib etmək; Anbara çatdırılan sifarişlərdə uyğunsuzluq olarsa, tədarükçü ilə problemi həll etmək və təchiz olunan malların keyfiyyət analizini aparmaq; Satınalma sifarişi, çatdırılma və hesablaşma sənədlərinin doğruluğunu yoxlamaq, müqavilələrin hazırlanmasını koordinasiya etmək və rəhbərliyə mütəmadi hesabatlar vermək; Sifariş yekunlaşdıqdan sonra tədarükçünün performansını dəyərləndirmək və gələcək əməkdaşlıq üçün sistemli analizlər aparmaq. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/205340/techizat-uzre-mutexessis
REKLAM