Vəzifə öhdəlikləri
Sifarişlərin qəbulu və düzgün təhlili;
Sifarişlərin keyfiyyətli və uyğun qiymətli mal-materiallarla (iş və xidmətlə) təmin olunması;
Tədarükçülərin (Mal, iş və xidmət satanların) araşdırılması, əlaqələrin yaradılması;
Lazım olan mal - materiallar üzrə mütəmadi olaraq texniki məlumat və qiymət araşdırılmasının aparılması;
Tədarükçülərlə (Mal, iş və xidmət satanlarla) müqavilələrin bağlanmasını təmin etmək;
Müqavilənin icrası uçotunun aparılması;
Malların alınması, gətirilməsi və anbara təhvil verilməsi;
Ödənişlərin nəğdsiz qaydada (köçürmə yolu ilə) aparılmasını təmin etmək;
Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması;
Namizədə tələblər:
Ali təhsilli (iqtisadi və texniki təhsillilərə üstünlük verilir);
Mal - materialları tanıma bacarığı olmalı;
1 ildən az olmayaraq iş təcrübəsi;
MS Office proqramlarında yaxşı səviyyədə işləməyi bacarmalı;
Mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
Ciddi, kollektivdə işləmə bacarığı olan;
Məsuliyyətli, stresə davamlı;
Ünsiyyətcil, təşəbbüskar;
Analitik yanaşma qabiliyyəti;
İşdə dəqiqlik və detallara fikir vermə bacarığı.
İş yeri şəhərin mərkəzində - Sahil ticarət mərkəzinin yaxınlığında yerləşir.
Əmək haqqı başlanğıc olaraq 800 Azn
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərin mövzu yerində “Təchizatçı” qeyd edərək öz CV- lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyi xahiş olunur.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/207444/techizatci
REKLAM
Cookie fayllarından istifadə edirik Analitika yalnız razılığınızla; zəruri cookie-lər həmişə aktivdir.Məxfilik siyasəti