Prayk

Təlim və inkişaf şöbəsinə mütəxəssis (təlimçi)

Razılaşma yolu ilə
Yoxlanılıb3 həftə əvvəl
Kateqoriya
Təhsil və elm
Tarix
Baxışlar
7
Nömrə
№3549637

Təsvir

“GL” ASC (Sizin Lombard) Təlim və inkişaf şöbəsinə mütəxəssis (təlimçi) vəzifəsinə işçi qəbulu elan edir. Biz, işçi heyətimizi gələcək uğurlarımızın təməli hesab edir və aşağıdakı istiqamətlərdə daimi inkişafa önəm veririk: İnsan resurslarının idarə edilməsində müasir metodların tətbiqi; Kollektivdə motivasiyanın artırılması və biliklərin inkişafı üçün layihələrin həyata keçirilməsi; Ədalətli performans dəyərləndirməsi və keyfiyyətli iş mühitinin təmin edilməsi. Əsas vəzifələr: Yeni işə qəbul olunan kredit mütəxəssisləri üçün təlimlərin keçirilməsi; Kredit mütəxəssislərinə şirkətin iş prinsiplərinin, kreditləşmə prosesinin və daxili prosedurların öyrədilməsi; Müştəri ilə ünsiyyət və xidmət standartları üzrə praktiki təlimlərin təşkili; Təlim materiallarının hazırlanması və yenilənməsi; Təlim iştirakçılarının bilik və bacarıqlarının qiymətləndirilməsi; Təlim nəticələrinin təhlili və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi. Namizədə tələblər: Təlimçi kimi iş təcrübəsi; Təqdimat və ünsiyyət bacarıqları; Auditoriya qarşısında sərbəst çıxış etmək bacarığı; Məlumatı sadə və anlaşıqlı şəkildə izah etmək bacarığı; Kredit, bank, lombard və ya satış sahəsində təcrübə üstünlükdür. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 01.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© GL ASC jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp