Ofis əməkdaşlarından daxil olan texniki və təsərrüfat xarakterli müraciətlərin qəbulunu, qeydiyyatını və icrasını təmin etmək; Ofisdə yaranan texniki və məişət problemlərinin operativ şəkildə aradan qaldırılmasını təşkil etmək; Ofis avadanlıqları, işıqlandırma, istilik sistemi və digər texniki sahələrin işlək vəziyyətinə nəzarət etmək; Əməkdaşlara ofisdə gündəlik yaranan texniki və təsərrüfat məsələləri üzrə praktiki dəstək göstərmək; Zəruri hallarda elektrik və digər texniki işlərin yerinə yetirilməsinə qismən nəzarət etmək; Texniki nasazlıqlar və yaranmış problemlər barədə məsul şəxsləri vaxtında məlumatlandırmaq; Təmir, texniki xidmət və digər təsərrüfat işləri üzrə kənar xidmət göstərən şəxslərin işini koordinasiya etmək.
Tələblər:
Orta-ixtisas və ya bakalavr ali təhsili;Texniki nasazlıqları müəyyən etmək və operativ şəkildə aradan qaldırmaq bacarığı; Məsuliyyətlilik və intizamlılıq; Dəqiqlik və detallara diqqətlilik; Operativlik və çeviklik.
Vakansiya növü: Tam ştat
Şirkət: Unibank Kommersiya Bankı
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/unibank/unibank-temir-ve-texniki-destek-sobesinin-mutexessisi-11831475/apply