Prayk
Təmir xidməti üzrə işçi — Sənaye, istehsal
Razılaşma yolu ilə

Təmir xidməti üzrə işçi

Orijinal1 həftə əvvəl
Tarix
Baxışlar
36
Nömrə
№4573926

Təsvir

Vəzifənin adı:        Təmir xidməti üzrə işçi Əmək funksiyası. Otel binasında olan bütün gündəlik təmir və baxım işlərinin səmərəli və effektiv şəkildə yerinə yetirilməsini təmin etmək Bu vəzifədə santexnika, boyaçılıq, dülgərlik və yüngül elektrik təmir-bərpa işlərini yerinə yetirmək və nəzarət etmək. Zəruri olduğu halda, hər növ kafel, döşəmə örtükləri və divar kağızlarını təmir etmək və ya dəyişdirmək. Pəncərələr, qapılar və kilidləri təmir etmək və ya dəyişdirmək. Dekorativ elektrik avadanlıqlarını, kabelləri, ampulları, elektrik prizlərini təmir etmək və ya dəyişdirmək. Divarlarda gips təmiri işləri, vaxtaşırı boya işləri aparmaq. Ümumi santexnika təmiri, silikon möhürlərin dəyişdirilməsi işlərini icra etmək. Zədələnmiş rəf və mebelləri təmir etmək və lazım olduqda dəyişdirmək. Mühəndisliklə bağlı olan qonaq otağı ilə əlaqədar tələbləri yerinə yetirmək. Əlavə olaraq, qonaq otaqları və ictimai sahələr üçün təmir və texniki baxım işlərinin otel siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirilməsinə məsul olmaq Təmin olunmuş bütün lazımı avadanlıq və iş alətlərinin düzgün istifadəsini və saxlanılmasını təmin etmək. İşə lazım olan  daimi və portativ (həcmcə kiçik, daşınma üçün münasib) ləvazimatların işlənməsi və saxlanması qaydalarına riayət etmək; Tələblər: Müvafiq vəzifə üzrə təcrübə Mexaniki/soyutma/buxar generator/isitmə və kondisioner sistemi/santexnika sahələrindən birinə aid texniki məktəb bitirmək və ya müəyyən peşə təhsilli Santexnika, dülgərlik, və ümumi texniki təchizat üzrə ümumi mexaniki bacarığı olmaq Azərbaycan dili səlis. İngilis və rus dili (arzuolunandır) Hər hansı tapşırılan işi nəzarətsiz müstəqil şəkildə başa çatdırmaq bacarığı və məsuliyyəti olmaq Uyğun texniki təchizat təcrübəsi Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 13.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Fairmont Baku jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp