Prayk

Tender sənədləri üzrə mütəxəssis

Razılaşma yolu ilə
YoxlanılıbBu gün
Şəhər
Bakı
Kateqoriya
Satış
Tarix
Baxışlar
4
Nömrə
№6105610

Təsvir

Vəzifə öhdəlikləri: Tender tələblərinin araşdırılması, tələb olunan sənədlərin toplanması və təklif paketlərinin hazırlanması; Texniki və kommersiya məlumatları əsasında təkliflərin və qiymət cədvəllərinin tərtib edilməsi; Müqavilə, əlavə, spesifikasiya, görülmüş işlər və təhvil-təslim aktlarının hazırlanması; Sifariş və müqavilələrin qeydiyyata alınması, icra vəziyyətinin və müddətlərinin izlənilməsi; Elektron tender platformalarında sənədlərin yerləşdirilməsi və təqdimetmə müddətlərinə riayət olunması; Rəsmi yazışmaların aparılması, sənədlərin imzalanmasının izlənilməsi və arxivləşdirilməsi. Namizədə olan tələblər: Ali təhsil; Tender və sənədləşmə sahəsində minimum 3 il iş təcrübəsi; MS Word və Excel proqramlarında sərbəst işləmək bacarığı; Azərbaycan və ingilis dillərində işgüzar yazışma bacarığı; rus dili biliyi üstünlükdür; Detallara diqqət, məsuliyyətlilik və vaxtın düzgün idarə edilməsi. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət edənlərin vakansiyanın adını qeyd edərək müraciət etmələri xahiş olunur. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/206758/tender-senedleri-uzre-mutexessis
REKLAM