Prayk
Texniki işlər üzrə Şöbə müdiri — Digər
Razılaşma yolu ilə

Texniki işlər üzrə Şöbə müdiri

Yoxlanılıb4 həftə əvvəl
Kateqoriya
Digər
Tarix
Baxışlar
11
Nömrə
№4612581

Təsvir

Azersun Holding də Kürdəmir rayonunda yerləşən istehsalat müəssisəmiz üçün texniki xidmət və təmir proseslərinin idarə olunması, avadanlıqların fasiləsiz fəaliyyətinin təmin edilməsi və texniki komandaya rəhbərlik edilməsi məqsədiylə "Texniki işlər üzrə Şöbə müdiri" vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq. Namizədə tələblər: Mexanika, Elektrotexnika, Elektroenergetika və ya müvafiq mühəndislik sahəsi üzrə ali təhsil; Texniki xidmət və təmir sahəsində minimum 3–5 il iş təcrübəsi; Rəhbər vəzifədə və ya texniki heyətin idarə olunmasında minimum 2 il təcrübə; Mexaniki, elektrik, hidravlik və pnevmatik sistemlər üzrə biliklər; Texniki çertyoj və sxemləri oxumaq bacarığı; MS Office proqramları ilə işləmək bacarığı; Liderlik, analitik düşüncə və problem həll etmə bacarıqları. Əsas vəzifə öhdəlikləri: Texniki şöbənin fəaliyyətini planlaşdırmaq və idarə etmək; İstehsalat avadanlıqlarının və mühəndis sistemlərinin işlək vəziyyətdə saxlanılmasını təmin etmək; Profilaktik baxım, cari və əsaslı təmir işlərini təşkil etmək və icrasına nəzarət etmək; Texniki nasazlıqların səbəblərini araşdırmaq və təkrarlanmasının qarşısını almaq; Texniki heyətin işini koordinasiya etmək və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək; Ehtiyat hissələrinin, texniki materialların və resursların səmərəli istifadəsinə nəzarət etmək; Texniki hesabatların hazırlanmasını və təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsini təmin etmək. İş şəraiti İş Qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00; İş yeri: Kürdəmir rayonu Nahar şirkət tərəfindən təmin olunur Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində: “Texniki işlər üzrə Şöbə müdiri” Son müraciət tarixi: 14.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Azersun Holding jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp