Prayk
Texniki Servis Mütəxəssisi — Sənaye, istehsal, Bakı
Razılaşma yolu ilə

Texniki Servis Mütəxəssisi

Yoxlanılıb3 gün əvvəl
Şəhər
Bakı
Tarix
Baxışlar
23
Nömrə
№3985101

Təsvir

İş haqqında məlumat: IT & Security EquipmentİT avadanlıqları və təhlükəsizlik sistemləri üzrə fəaliyyət göstərən şirkətimizə avadanlıqların quraşdırılması, sazlanması, texniki diaqnostikası və nasazlıqların aradan qaldırılması üzrə praktiki və texniki düşüncəyə malik mütəxəssis axtarırıq.Bu vəzifə sadəcə montaj və fiziki quraşdırma işi deyil. Namizəddən avadanlığın necə işlədiyini başa düşməsi, problemin səbəbini müəyyən etməsi və texniki həll yolu tapması gözlənilir.Vəzifə öhdəlikləriİT və təhlükəsizlik avadanlıqlarının obyektlərdə quraşdırılması və sazlanması;IP kameralar, NVR/DVR, access control, interkom və digər təhlükəsizlik sistemlərinin quraşdırılması;Router, switch, access point və digər şəbəkə avadanlıqlarının ilkin konfiqurasiyası;Avadanlıqlarda yaranan texniki nasazlıqların diaqnostikası və aradan qaldırılması;IP ünvanlama, şəbəkə bağlantısı və avadanlıqların şəbəkəyə inteqrasiyası ilə bağlı problemlərin həlli;Kabel, konnektor, patch panel və digər fiziki bağlantıların yoxlanılması və düzgün qurulması;Avadanlıqların test edilməsi və istismara verilməsi;Müştəri obyektlərində texniki servis və zəmanət işlərinin həyata keçirilməsi;Nasaz avadanlığın səbəbinin müəyyən edilməsi və zəruri hallarda təmirə yönləndirilməsi;Görülmüş işlər və aşkar edilmiş problemlər barədə texniki hesabatların hazırlanması;Texniki layihələr üzrə digər mütəxəssislərlə koordinasiyalı işləmək. Tələblər: İT avadanlıqları, təhlükəsizlik sistemləri, zəif axın və ya şəbəkə avadanlıqları üzrə minimum 2 il praktiki iş təcrübəsi;IP kamera, NVR/DVR və təhlükəsizlik sistemlərinin quraşdırılması və sazlanması üzrə praktiki bacarıq;Router, switch və digər şəbəkə avadanlıqları haqqında yaxşı praktiki bilik;TCP/IP, IP addressing, DHCP, DNS, LAN/WAN anlayışları;RJ45 konnektorlarının sıxılması, UTP kabel və patch panel ilə işləmək bacarığı;Multimetr və digər əsas texniki ölçü cihazlarından istifadə edə bilmək;Avadanlıq nasazlığının səbəbini müstəqil müəyyənləşdirə bilmək;Texniki sxem və avadanlıq təlimatlarını oxuyub tətbiq etmək bacarığı;Problemlərə yalnız “dəyişdirək” yanaşması ilə deyil, diaqnostika → səbəb → həll prinsipi ilə yanaşmaq;B kateqoriyalı sürücülük vəsiqəsi üstünlükdür.Üstünlük veriləcəkHikvision, Uniview, Dahua, ZKTeco, TP-Link, Ruijie/Reyee və analoji avadanlıqlarla iş təcrübəsi;MikroTik və ya digər şəbəkə avadanlıqları üzrə praktiki bilik;Access Control, IP telefoniya və interkom sistemləri üzrə təcrübə;Fiber optik avadanlıqlar və fiber bağlantılar haqqında ilkin bilik;Elektrik və zəif axın sistemləri üzrə baza bilikləri;Texniki servis və ya field service sahəsində iş təcrübəsi.Biz kim axtarırıq?Biz yalnız kabel çəkən və avadanlığı fiziki olaraq quraşdıran texnik deyil, quraşdırdığı sistemin iş prinsipini anlayan, nasazlıq zamanı problemi özü araşdıran və həll yolu tapa bilən praktik texniki mütəxəssis axtarırıq.İş şəraitiRəsmi əmək müqaviləsi;Tam iş günü;Obyektlərdə və şirkətin servis mühitində praktiki iş;Peşəkar inkişaf və yeni avadanlıqlarla işləmək imkanı;Əmək haqqı: namizədin bilik və praktiki bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir. Maaş: Ə/h razılaşma ilə Son müraciət: 20/10/2026

Bənzər elanlar

Laborant — Bakı
Razılaşma yolu ilə

Laborant


BakıDünən 17:36