Prayk

Tornaçı

Razılaşma yolu ilə
Yoxlanılıb2 həftə əvvəl
Şəhər
Bakı
Tarix
Baxışlar
7
Nömrə
№3537053

Təsvir

Metal istehsalı müəssisəsinə müxtəlif ölçülü və mürəkkəblikdə olan sənaye detallarını yüksək dəqiqliklə hazırlaya və bərpa edə bilən, uzunillik praktiki təcrübəyə malik peşəkar tokar ustası tələb olunur Bizə yalnız sadə torna işlərini yerinə yetirən deyil, detalı nümunə, ölçü, eskiz və ya texniki çertyoj əsasında müstəqil şəkildə hazırlaya bilən, material və emal üsulunu düzgün seçən təcrübəli usta lazımdır İş rejimi: Namizədlə danışıq və qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək. Əməkhaqqı: Ustanın təcrübəsi, peşəkarlıq səviyyəsi və razılaşdırılmış iş rejiminə əsasən müəyyən ediləcək Namizədin praktiki bacarıqları müsahibə və sınaq işi əsasında qiymətləndiriləcək Müraciət zamanı neçə il tokar işlədiyi, hansı müəssisələrdə çalışdığı, hansı dəzgahlarda işlədiyi və hazırlaya bildiyi detallar haqqında məlumat təqdim etməsi xahiş olunur Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Neftçilər küçəsi, giriş 62 Tokar işi üzrə uzunillik real istehsalat təcrübəsi Torna dəzgahında sərbəst və peşəkar işləmək bacarığı Sadə və mürəkkəb detalların yüksək dəqiqliklə hazırlanması üzrə təcrübə; Texniki çertyojları və eskizləri sərbəst oxumaq bacarığı Hazır detal və ya nümunə əsasında düzgün ölçü götürərək eynisini hazırlamaq bacarığı Ştangenpərgar, mikrometr, indikator, нутромер və digər ölçü alətlərindən peşəkar istifadə bacarığı Ölçü dözümlülükləri, oturtmalar, səth keyfiyyəti və emal dəqiqliyi haqqında bilik Müxtəlif metal növlərinin emal xüsusiyyətlərini bilməsi Kəsici alətlərin seçilməsi, itilənməsi və düzgün tətbiqi üzrə praktiki bacarıq Detalı minimal material itkisi ilə və texniki tələbə uyğun hazırlamaq bacarığı Müstəqil işləmək və görülən işin keyfiyyətinə cavabdeh olmaq Məsuliyyətli, dəqiq, intizamlı və işinə peşəkar yanaşmaq Üstünlük hesab olunur Metal istehsalı və ağır sənaye müəssisələrində iş təcrübəsi İriölçülü və ağır detalların emalı üzrə təcrübə Qəlib, bıçaq, val və istehsal avadanlıqlarının ehtiyat hissələrinin hazırlanması bacarığı Frez, yonma, deşik açma və digər mexaniki emal əməliyyatları haqqında əlavə bilik Köhnə və aşınmış detalların bərpası üzrə təcrübə Müxtəlif istehsal avadanlıqlarının mexaniki quruluşu haqqında anlayış Zavod avadanlıqları üçün müxtəlif mexaniki detalların hazırlanması və bərpası Val, ox, ştift, şponka yuvası, vtulka, mufta, flanş, kasnaq, yivli hissə və digər detalların emalı Qəliblərin, bıçaqların, mil və digər istehsal detallarının hazırlanması və təmiri Xarici və daxili diametrlərin dəqiq yonulması Xarici və daxili yivlərin açılması Konus, kanal, pillə, pah və müxtəlif formalı səthlərin hazırlanması Deşiklərin açılması, genişləndirilməsi və içyonma işlərinin görülməsi Aşınmış detalların ölçülərinin bərpası və yenidən istifadəyə yararlı vəziyyətə gətirilməsi Hazır nümunədən və ya köhnə detaldan düzgün ölçü götürərək yeni detal hazırlamaq Texniki çertyoj, eskiz və verilmiş ölçülər əsasında işləmək Detala uyğun materialı, kəsici aləti, emal rejimini və əməliyyat ardıcıllığını müəyyənləşdirmək Hazırlanmış detalın ölçülərini və keyfiyyətini yoxlamaq Torna dəzgahının gündəlik baxışını, sazlanmasını və iş yerinin səliqəsini təmin etmək
REKLAM