Prayk
Toyota Land Cruiser Prado, 4.0 L, 2007 il, 303 000 km 77-NG-149 — Avtomobillər, Bakı
30 800 ₼

Toyota Land Cruiser Prado, 4.0 L, 2007 il, 303 000 km

Qiymət oxşar elanlarla eyni aralıqdadır
Oxşar 44 elanın orta qiyməti 29 500 ₼ — bu elan təxminən 1 200 ₼ (4%) bahadır.
Bu elan
ucuzoxşar elanların çoxubaha
Oxşar elanların çoxu bu aralıqdadır: 26 800 ₼ – 31 825 ₼
66Elan balıNormal təklifQiymət, elanın tarixçəsi və satıcı məlumatına görə 100 baldan 66.Balın izahına bax
SatılırAnaliz edilibİşlənmiş1 ay əvvəl
Şəhər
Bakı
Kateqoriya
Avtomobillər
Qeydiyyat nişanı
77-NG-149 (77NG149)
Marka
Toyota
Buraxılış ili
2007 il
Yürüş
303000 km
Mühərrikin həcmi
4 L
Sürətlər qutusu
Avtomat
Ban növü
Offroader / SUV
Rəng
Ağ
Yanacaq növü
Benzin
Mühərrikin gücü
249 a.g.
Ötürücü
Tam
Yerlərin sayı
7
Hansı bazar üçün yığılıb
Azərbaycan
Vuruğu yoxdur
Bəli
Rənglənməyib
Bəli
Tarix
Baxışlar
20
Nömrə
№3569092

Təsvir

Toyota Land Cruiser Prado, 2006/2007, 4.0 motor – 7 yerlik, Pnevma, Lyuk, İdeal vəziyyətdə! ​Maşın şəxsi istifadəmdə olub, əsasən ev-iş, iş-ev istiqamətində səliqəli sürülüb. Tam sağlam və baxımlı maşındır. 2006-cı ilin sonudur oktyabr, rəsmi olaraq 2007-ci ildə alınıb. ​Mühərrik və Karobka: 4.0 motor (1GR-FE), saat kimi işləyir. Sürətlər qutusunun (karobkanın) yağı yeni dəyişdirilib, gecikmə və ya vurma qətiyyən yoxdur. ​Asqı və Off-Road Sistemləri: Pnevmatik asqı (pnevma) işlək vəziyyətdədir, qaldırıb-endirmə mükəmməl işləyir. Çətin yollar üçün Dağ rejimi, Bataqlıq rejimi və bütün 4x4 ötürmə sistemləri qüsursuz çalışır. Altı tər-təmizdir, xodovoyuna tam cavabdehəm. ​Altında normal vəziyyətdə 4 ədəd keyfiyyətli Michelin təkəri var. ​Maşın 7 yerlikdir. Arxa 7 ci oturacaqlar demək olar ki, ümumiyyətlə istifadə olunmayıb, təzə kimi qalıb. Salonu ümumilikdə çox səliqəlidir, dərisində yırtıq, sökük yoxdur. ​Avtomobildə lyuk, səyahətlər üçün avtopilot (kruiz-kontrol), ön oturacaqların qızdırıcısı və içkiləri soyuq saxlamaq üçün orijinal zavod soyuducu (xolodilnik) mövcuddur, hamısı tam işləkdir. Həmçinin maşında videoqeydiyyatçı da quraşdırılıb. ​Ümumi vəziyyəti,Vuruğu, udarı qətiyyən yoxdur. İstənilən usta və ya servisdə yoxlatdıra bilərsiniz. ​Real alıcı ilə maşının yanında qiymətdə razılaşmaq olar.
REKLAM
WhatsApp