Prayk
Toyota Prius, 1.8 L, 1.3 kWh, 2015 il, 215 290 km — Avtomobillər, Bakı
18 500 ₼

Toyota Prius, 1.8 L, 1.3 kWh, 2015 il, 215 290 km

Oxşar elanların çoxundan bahadır
Oxşar 10 elanın orta qiyməti 15 069 ₼ — bu elan təxminən 3 500 ₼ (23%) bahadır.
Bu elan
ucuzoxşar elanların çoxubaha
Oxşar elanların çoxu bu aralıqdadır: 14 673 ₼ – 15 466 ₼
Satıcıya 15 100 ₼ təklif edə bilərsiniz — oxşar elanların orta qiyməti təxminən budur.
56Elan balıNormal təklifQiymət, elanın tarixçəsi və satıcı məlumatına görə 100 baldan 56.Balın izahına bax
SatılırYoxlanılıbİşlənmiş1 həftə əvvəl
Şəhər
Bakı
Kateqoriya
Avtomobillər
Marka
Toyota
Model
Prius
Buraxılış ili
2015 il
Yürüş
215290 km
Mühərrikin həcmi
1.8 L
Sürətlər qutusu
Variator
Ban növü
Liftbek
Rəng
Boz
Yanacaq növü
Hibrid
Mühərrikin gücü
98 a.g.
Ötürücü
Ön
Yerlərin sayı
5
Hansı bazar üçün yığılıb
Amerika
Tarix
Baxışlar
46
Nömrə
№5654085

Təsvir

Avtomobil şəxsi istifadəm üçün Amerikadan gətizdirilib. 30.06.2021-ci il tarixindən məndədir. Taksidə və kommersiya məqsədilə qətiyyən istifadə olunmayıb. Avtomobil uzun müddətdir şəxsi istifadəmdədir. Bir il olar yeni avtomobil almışam, bu səbəbdən satıram yoxsa, bu maşından vazkeçməzdim. Çox dözümlü ekonom bir sözlə qeyrətli avtomobildir. Orijinal yürüş: 133 775 mil (hər kəs elanda km yerində mil göstəricini qeyd edir bu səbəbdən onlar ilə müqayisə oluna bilsin deyə mil olaraq saxladım) Orijinal katalizator üzərindədir. Hər 8800 km-dən bir 0W-20 Petro-Canada yağı ilə dəyişilib, Mühərrikin zərrə qədər yağ yeməsi yoxdur. ABS, Motor, Batareyalar əla vəziyyətdədir. Damında Solar Panel günəş batareyaları olan xüsusi komplektasiyadır. Bu sistem isti yay günlərində avtomobil sərin saxlayır. İstidə park etdikdə günəş enerjisi ilə işləyən ventilyasiya sistemi salondakı istini çölə vurur. Kondisioneri pultla uzaqdan, avtomobilə yaxınlaşmadan işə salmaq mümkündür. Keyless Go– açarsız giriş və Start düyməsi ilə avtomobilin işə salınması. Avtomobili tərk etdikdə qapıların avtomatik bağlanması mövcuddur. Avtomatik qatlanan işıq siqnallı və qızdırıcılı yan güzgüləri var. Baqaj hissəsində və qapılarda 3 qat səs izolyasiyası edilib. Üstündə keyfiyyətli video registratoru var Azərbaycanda olan müddətə göstərilən bütün xidmətlərə dair Servis kitabı var. Sonuncu görülən işlər EGR sistemi (EGR pipe, EGR cooler, Manifold), forsunkalar təmizlənib, Toyota satış mərkəzindən orjinal sveçalar alınıb qoyulub, Batareyalar və fan təmizlənib və s. Amerikadan baqaj hissəsində zədə ilə gətirilib. Avtomobilə baxış zamanı yoxlatdırmaq mümkündür. İşim ilə əlaqədar həftə sonları və ya həftə içi işdən sonra saat 19:30dan etibarən baxmaq olar. Xahiş edirəm 22:00 dan sonra zəng etməyəsiniz. VIN: JTDKN3DU5F0436750.
REKLAM
WhatsApp