Prayk
Transformasiya üzrə Baş Biznes Partnyor — Vakansiyalar, Bakı
Razılaşma yolu ilə

Transformasiya üzrə Baş Biznes Partnyor

YoxlanılıbBu gün
Şəhər
Bakı
Kateqoriya
Vakansiyalar
Tarix
Nömrə
№4077627

Təsvir

Bankın strateji transformasiya layihələri portfelinin planlaşdırılması, idarə edilməsi və icrasına nəzarət;Portfel üzrə layihələrin müddət, büdcə, resurs və nəticə göstəricilərinin monitorinqinin aparılması;Portfel üzrə ən mürəkkəb, kritik və prioritet layihələrin müstəqil şəkildə idarə edilməsi və nəticələrin təmin olunması;Biznes sifarişçiləri, məhsul sahibləri və funksional rəhbərlərlə effektiv əməkdaşlığın və koordinasiyanın təmin edilməsi;Layihə və portfel üzrə əsas risklərin, qarşılıqlı asılılıqların və resurs məhdudiyyətlərinin müəyyən edilməsi, monitorinqi və onların aradan qaldırılması üzrə rəhbərliyə təkliflərin hazırlanması;Əsas maraqlı tərəflər arasında koordinasiyanın təmin edilməsi, status görüşlərinin, portfel komitələrinin və strateji sessiyaların təşkilində iştirak;Layihə və portfel idarəetməsi üzrə alət və standartların, PMO proseslərinin, Agile və hibrid yanaşmaların tətbiqi və davamlı təkmilləşdirilməsi;Rəhbərlik üçün portfel üzrə analitik məlumatların, idarəetmə hesabatlarının və təqdimat materiallarının hazırlanması;Layihə menecerlərinə metodoloji və ekspert dəstəyinin göstərilməsi, qabaqcıl təcrübələrin paylaşılması və layihə idarəetmə kompetensiyalarının inkişafına töhfə verilməsi. Tələblər: İqtisadiyyat, maliyyə, menecment, biznesin idarə edilməsi və ya digər əlaqəli sahələr üzrə ali təhsil;MBA və ya magistr dərəcəsinin olması üstünlükdür;Layihə və portfel idarəçiliyi üzrə minimum 5 il, aparıcı/baş layihə meneceri və ya Biznes Partnyor səviyyəsində minimum 2 il iş təcrübəsi;Böyükmiqyaslı və kross-funksional layihələrin idarə olunması üzrə təcrübə;Layihə, proqram və portfel idarəçiliyi üzrə müasir metodologiya və yanaşmalar, o cümlədən PMI, Agile, SAFe, Lean və P3O üzrə biliklər;PMP, PgMP, PRINCE2, SAFe və ya IPMA üzrə sertifikatı olan namizədlərə üstünlük veriləcək.Portfel idarəetməsi proseslərinin sıfırdan qurulması və təkmilləşdirilməsi üzrə təcrübə;Əsas maraqlı tərəflərlə və rəhbərliklə effektiv əməkdaşlıq və kommunikasiya bacarığı;Sistemli düşüncə və yüksək dinamika şəraitində effektiv qərarvermə bacarığı;Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət və işgüzar yazışma bacarığı. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Mütəxəssis Şirkət: Unibank Kommersiya Bankı Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/unibank/unibank-transformasiya-uzre-bas-biznes-partnyor-21368824/apply

Bənzər elanlar