Prayk

Treyder

Razılaşma yolu ilə
Yoxlanılıb6 gün əvvəl
Şəhər
Bakı
Kateqoriya
Maliyyə
Tarix
Baxışlar
5
Nömrə
№3889089

Təsvir

Vəzifə öhdəlikləri Tələb edildikdə müvafiq ixtisas şəhadətnaməsinin əldə edilməsi üçün qanunvericiliyə uyğun akkreditasiyadan keçmək; Müvafiq ixtisas şəhadətnaməsi olduğu təqdirdə təyin edilmiş səlahiyyətlər çərçivəsində müştərilərin sifarişlərini qəbul etmək; Müştərilərin məlumatlandırılmasının təmin edilməsi; Müştərinin aktivləri və həyata keçirdiyi investisiya xidmətləri (əməliyyatları) barədə hesabatlar hazırlamaq; Müvafiq hesabatların və təklifləri rəhbərliyə təqdim etmək; Müştərilər tərəfindən daxil olan zənglərin cavablandırılmaq, problemlərin araşdırılmasında iştirak etmək; Müştərilərə xidmətin keyfiyyətinin yaxşılaşması istiqamətində təkliflər hazırlamaq və bu təklifləri rəhbərə baxılması üçün təqdim etmək; Müştərilər haqda analitik informasiyalar hazırlamaq; Cəmiyyətin iş prinsiplərinə əməl etmək, işə davamiyyətə və əmək intizamına riayət etmək; Yeni növ məhsulların/xidmətlərin yaradılması və tətbiqi prosesində iştirak etmək; Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək; Səlahiyyətləri çərçivəsində müştəri sorğularını cavablandırılmasında iştirak etmək; Müxtəlif işçi qrupların tərkibində fəaliyyət sahəsi üzrə iştirak etmək; Rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək. Vəzifəyə dair tələblər Ali iqtisadi təhsil; Sahə üzrə 1 il iş təcrübəsi; İcra etdiyi vəzifə öhdəliyi ilə bağlı zəruri requlyativ sertifikata/şəhadətnaməyə malik olmaq; Şirkətin məhsul və xidmətlərinin bütün növlərini bilmək; İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək; Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi; Korporativ davranış normalarını bilmək; Şirkətdaxili prosedurları, habelə Nəzarət orqanının rəhbər göstərişlərini bilmək; Kompüterdən normal istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Excel, Word, Outlook),  İnternetdə işləmə bacarığı); Azərbaycan dili üzrə sərbəst bilik; İngilis dili üzrə orta səviyyədə, Rus dili üzrə baza bilikləri; Kollektivlə ünsiyyət qurmaq bacarığı; Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/196708/treyder

Bənzər elanlar

Mühasib — Bakı
Razılaşma yolu ilə

Mühasib


Bakı08.10.2026