
5
Ux/uı Dizayner

Razılaşma yolu ilə
Ux/uı Dizayner
YoxlanılıbBu gün
Tarix
Baxışlar5
Nömrə№4531549
Təsvir
Təsvir
İstifadəçilərin və müştərilərin istifadə təcrübələrini öyrənmək, anketlər, müşahidələr və fokus qrupları vasitəsilə verilənləri toplamaq. Bu məlumatları analiz edərək istifadəçilərin ehtiyaclarını və problemlərini müəyyən etmək.
İstifadəçi ehtiyaclarına uyğun olaraq flowların, interfeyslərin və prototiplərini hazırlamaq. Bu, veb saytlar, mobil tətbiqlər və digər rəqəmsal interfeyslər üçün şablobların, elementlərin yaradılmasını əhatə edir.
Bankın korporativ kimliyinə və marka qaydalarına uyğun dizaynlar yaratmaq. Bu, rənglər, fontlar və digər vizual elementlər üzərində işləməyi daxil edir.
Dizayn həllərini müxtəlif istifadəçi qrupları ilə test etmək və onlardan geribildiriş toplamaq. Bu geribildirişlərə əsaslanaraq dizaynları optimallaşdırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq.
PAŞA Bank-ın Dizayn sistemindən istifadə etmək, yeni komponentlər və qaydalar yaratmaq bacarığına sahib olmaq.
Məhsulların dizayn tərtibatının yaradılması zamanı komanda üzvlərinə tövsiyyələr və rəylər vermək bacarığı.
Məhsul, marketinq, IT, hüquq və digər əlaqəli departamentlərlə yaxın işləmək. Ümumi məqsədləri və layihə tələblərini qarşılamaq üçün effektiv kommunikasiya və koordinasiya bacarıqlarını nümayiş etdirmək.
İstifadəçi təcrübəsini artırmaq üçün komandaya dizayn layihələrdə dəstək.
İstifadəçilərin bankın rəqəmsal məhsulları arasında asan və effektiv şəkildə hərəkət etmələrini təmin etmək üçün istifadəçi flowlarını təhlil etmək, optimallaşdırmaq və yaratmaq.
Məhsulun hazırlanma prosesində komandada olan mühəndislərlə sıx əlaqədə olaraq onun müştərilərə mükəmməl şəkildə təhvil verilməsinə nəzarət etmək.
Agile metodologiyası haqqında məlumatı və təcrübəsi olmaq.
Tələblər
İş təcrübəsi: Proqram təminatı, istifadəçi təcrübəsi və interfeysinin yaradılması sahəsində 2 ildən artıq təcrübə. Agile metodologiyası ilə işin qurulması bilikləri olması üstünlükdür.
Texniki səriştələr: İstifadəçi yönümlü rəqəmsal həllərin, məhsulla bağlı güclü instinktlərin və prosesslərin tez zamanda müəyyənlişdirilməsi.
Prototiplərin hazırlanması, A/B testlər, istifadəçi testlərinin keçirilməsi və istifadəçilərin araşdırılması sahəsində biliklər.
Komponentlərin yaradılması, istifadəçi interfeysin yaradılmasında istifadə olunan dizayn kitabxana ilə iş təcrübəsi.
Dil bilikləri: Minimal olaraq İngilis dilində "Intermediate" səviyyəsində biliklər.
Kompüter bilikləri:Vizual dizayn üçün nəzərdə tutulmuş Figma, Sketch, və digər digital dizaynların hazırlmasında işi rahatlaşdıran alətlərin sərbəst istifadəsi.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 13.11.2026
Elanın mənbəyi
Orijinal elanı aç© PASHA Bank jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM














