
Xadimə (Ev üçün)
Xadimə (Ev üçün)
600 ₼
Yoxlanılıb2 gün əvvəl
ŞəhərBakı
Tarix
Nömrə№3458804
Təsvir
Şəxsi yaşayış evində gündəlik məişət işlərinin yerinə yetirilməsi, evin təmizliyinin və səliqəsinin təmin olunması, həmçinin yeməklərin hazırlanması üçün məsuliyyətli, səliqəli vəişinə ciddi yanaşan xadimə axtarılır
İş qrafiki: Həftədə 5 iş günü
İş saatları: 08:00 – 16:00
Əmək haqqı: 600 AZN
İş yeri: Şəxsi yaşayış evi
Yaş həddi; 40 yaş
Ünvan: Xətai rayonu, 8 noyabr prospekti, Həzi Aslanov qəsəbəsi
Qeyd: İşçinin yaşayış ünvanının Xətai rayonu, Ukrayna dairəsi, Nobel dairəsi və Əhmədli ərazilərinə yaxın olması arzuolunandır. Namizədlərin qeyd olunan ərazilərdə və ya həmin ərazilərə yaxın ərazilərdə yaşamasına üstünlük veriləcək.
Maraqlanan namizədlər qeyd olunan əlaqə vasitəsi ilə müraciət edə bilərlər.
Təmizkar, səliqəli və məsuliyyətli olmaq
Yemək bişirməyi bacarmaq
Ev işlərində təcrübəli olmaq
Gigiyena və təmizlik qaydalarına riayət etmək
İşə vaxtında gəlmək və iş rejiminə riayət etmək
Etibarlı və nəzakətli davranış;
Uzunmüddətli əməkdaşlığa üstünlük verilir
Evin gündəlik və ümumi təmizliyinin həyata keçirilməsi
Otaqların, mətbəxin, sanitar qovşaqlarının və digər yaşayış sahələrinin təmiz və səliqəli saxlanılması
Toz alma, süpürmə, silmə və digər təmizlik işlərinin görülməsi
Paltarların yuyulması, ütülənməsi və səliqəyə salınması
Mətbəxdə gündəlik səliqə-sahmanın təmin edilməsi
Ev üçün gündəlik yeməklərin hazırlanması
Mətbəx əşyalarının və istifadə olunan qabların təmiz saxlanılması
Evdə ümumi səliqə və gigiyena qaydalarına riayət olunması
Verilən digər gündəlik məişət tapşırıqlarının vaxtında və keyfiyyətli yerinə yetirilməsi
Bənzər elanlar



Dürüst İşədüzəltmə Mərkəzi






Dürüst İşədüzəltmə Mərkəzi






Dürüst İşədüzəltmə Mərkəzi