
5
Xaricdə Təhsil üzrə Mütəxəssis

Razılaşma yolu ilə
Xaricdə Təhsil üzrə Mütəxəssis
YoxlanılıbDünən
Tarix
Baxışlar5
Nömrə№4573758
Təsvir
Vəzifə öhdəlikləri
Tələbələrin akademik göstəricilərinə, maraqlarına və karyera məqsədlərinə uyğun xarici universitet və təhsil proqramlarını araşdırmaq və seçmək.
Tələbələrə ölkə, şəhər, universitet və ixtisas seçimi ilə bağlı peşəkar məsləhətlər vermək.
Xarici universitetlərə qəbul üçün müraciət prosesini təşkil etmək və tələbələrə bütün mərhələlərdə dəstək göstərmək.
Qəbul üçün tələb olunan sənədlərin hazırlanmasına, yoxlanılmasına və vaxtında təqdim edilməsinə nəzarət etmək.
Universitetlərin qəbul şərtləri, təqaüd imkanları və təhsil proqramları barədə aktual məlumatları toplamaq və təhlil etmək.
Müraciət tarixlərini və qəbul prosesinin gedişatını izləmək, tələbələri vaxtında məlumatlandırmaq.
Tələbələr və onların valideynləri ilə mütəmadi əlaqə saxlamaq, yaranan sualları cavablandırmaq.
Xarici universitetlərin nümayəndələri və tərəfdaş təşkilatlarla işgüzar əlaqələr qurmaq və inkişaf etdirmək.
Namizədə tələblər
Xaricdə təhsil, təhsil xidmətləri və ya müvafiq sahədə minimum 2 il iş təcrübəsi.
İngilis dilində sərbəst ünsiyyət və yazışma bacarığı; əlavə xarici dil biliyi üstünlükdür.
Məlumatların araşdırılması, təhlili və düzgün qərarvermə bacarığı.
Güclü kommunikasiya, təqdimat və koordinasiya bacarıqları.
Vaxtın səmərəli idarə edilməsi və bir neçə işi paralel aparmaq qabiliyyəti.
Məsuliyyətlilik, diqqətlilik və detallara həssas yanaşma.
MS Office proqramlarında, xüsusilə Word və Excel-də işləmək bacarığı.
Komandada işləmək və müştəriyönümlü yanaşma bacarığı.
Üstünlüklər
Xarici universitetlərə qəbul prosedurları barədə məlumatlı olmaq.
Təqaüd proqramları və beynəlxalq təhsil imkanları haqqında biliklər.
Xarici universitetlər və təhsil agentlikləri ilə iş təcrübəsi.
İş şəraiti
İş qrafiki həftə içi 09:30-18:30
Şənbə: 10:00 – 14:00
Əmək haqqı namizədin bilik və bacarıqları, peşəkar təcrübəsi və ixtisas səviyyəsi nəzərə alınmaqla müəyyən edilir.
Maraqlanan şəxslər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər
Son müraciət tarixi: 13.11.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Amazon Travel Club jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM










