
4
Xarici Satınalma üzrə Kiçik Mütəxəssis

Razılaşma yolu ilə
Xarici Satınalma üzrə Kiçik Mütəxəssis
Analiz gedirDünən
Tarix
Baxışlar4
Nömrə№5337009
Təsvir
Vəzifə öhdəlikləri
Yerli və xarici təchizatçıların araşdırılması, yeni təchizatçı bazasının formalaşdırılması;
Məhsul və avadanlıqlar üzrə qiymət təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması;
Təchizatçılarla danışıqların və yazışmaların aparılması;
Məhsullar üzrə kataloq, qiymət və texniki göstəricilər haqqında məlumatların əldə olunması;
Satınalma sifarişlərinin hazırlanması və tədarük prosesinin izlənilməsi;
Sənədləşmə, logistika və gömrük/idxal proseslərinə dəstək göstərilməsi;
Təchizatçılarla mövcud əlaqələrin idarə olunması və koordinasiyası.
Namizədə tələblər
Satınalma, təchizat və ya logistika sahəsində 1 ildən artıq iş təcrübəsi;
İngilis dili – mütləq;
Rus dili – mütləq;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Yüksək ünsiyyət, danışıqlar aparmaq və araşdırma bacarığı;
Məsuliyyətli, diqqətli və analitik təfəkkürlü olmaq;
Öyrənməyə və peşəkar inkişaf etməyə həvəsli olmaq.
Biz nə təklif edirik?
Satınalma proseslərinin və şirkətin daxili satınalma prosedurlarının öyrənilməsi;
Satınalma və təchizat zəncirinin idarə olunması sahəsində praktiki təcrübə;
Peşəkar və inkişafyönümlü iş mühiti;
Namizədin bilik və bacarıqlarına uyğun rəqabətqabiliyyətli əməkhaqqı.
İş şəraiti
İş yeri: Bakı, ofisdaxili
İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Şənbə: 10:00 – 18:00
Əməkhaqqı: Razılaşma yolu ilə
Müvafiq tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Xarici Satınalma üzrə mütəxəssis” qeyd edərək göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 29.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/bio-estetik-mmc-xarici-satinalma-uzre-kicik-mutexessis-155120
REKLAM








