Prayk

xərclər üzrə mühasib

1 000 ₼
Yoxlanılıb2 həftə əvvəl
Şəhər
Bakı
Kateqoriya
Maliyyə
Tarix
Nömrə
№2154502

Təsvir

Moka Coffeshoplar şəbəkəsinə Xərclər üzrə mühasib axtarılır. Vəzifə öhdəlikləri: Edilən bütün sifarişlərin şirkətin siyasət və proseduralarına uyğun olmasını təmin etmək. Anbarda fond səviyyəsinə nəzarət etmək və zəif hərəkət edən malların təhlilini aparmaq. Qəbul edilən malların hesabatını və sənədləşməsini gündəlik şəkildə yoxlamaq. Verilən malların hesabatını gündəlik olaraq yoxlamaq və bütün sifarişlərin düzgün yerləşdirilməsini təyin etmək. Restoranları mənfəətlə idarə etmək məqsədi ilə Restoran rəhbərlərinə həftəlik/aylıq əsasında müvafiq xərcləri barədə hesabatları göndərmək. Hər ay inventar hesablama həyata keçirmək və aşkar edilmiş bütün uyğunsuzluqları barədə hesabat vermək. Namizədə tələblər: Ali təhsil (İqtisadi yönümlü təhsili olanlara üstünlük veriləcək) Minimum 1 il "Xərclər üzrə mühasib" kimi təcrübəyə sahib olmaq Restoran sahəsində təcrübəsi olanlara üstünlük veriləcək Elektra proqramı ilə iş təcrübəsi üstünlükdür. Nahar şirkət tərəfindən qarşılanır. Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq Uyğun namizədlərdən CV-lərini mövzu yerinə "Xərclər üzrə mühasib" yazmaqla mail ünvanına və ya qeyd olunan nömrənin whatsapp hesabına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Qeyd: Zənglər qəbul edilmir

Bənzər elanlar

Mühasib — Bakı
Razılaşma yolu ilə

Mühasib


BakıBu gün 11:24