
Xəzinədarlıq üzrə mühasib(Mingəçevir)

Razılaşma yolu ilə
Xəzinədarlıq üzrə mühasib(Mingəçevir)
YoxlanılıbBu gün
Təsvir
Gündəlik bank ödənişlərinin hazırlanması və icrasının təmin edilməsi;Şirkətlərin bank hesabları üzrə gündəlik qalıqların monitorinqi;Ödəniş reyestrlərinin hazırlanması və yenilənməsi;Bank çıxarışlarının əldə edilməsi, yoxlanılması və üzləşdirilməsi;Daxili və beynəlxalq köçürmələr üzrə sənədlərin hazırlanması;Valyuta mübadiləsi əməliyyatlarının icrasında iştirak;Gündəlik pul vəsaitlərinin hərəkəti (Cash Flow) hesabatlarının hazırlanmasına dəstək;Kredit, depozit və digər bank əməliyyatları üzrə məlumatların sistemləşdirilməsi;Banklarla əməliyyat xarakterli yazışmaların aparılması;Ödəniş sənədlərinin düzgünlüyünə və təsdiq prosedurlarına riayət olunmasına nəzarət;Xəzinədarlıq rəhbərliyinin tapşırıqlarının vaxtında icrası.
Tələblər:
Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində ali təhsil;Mühasibatlıq, maliyyə və ya xəzinədarlıq sahəsində minimum 2–3 il iş təcrübəsi;Bank əməliyyatları və nağdsız hesablaşmalar üzrə praktiki biliklər;Yerli və xarici valyutada ödənişlərin həyata keçirilməsi üzrə təcrübə;İnternet bankçılıq sistemləri ilə işləmək bacarığı;Bank hesabları üzrə qalıqların və pul vəsaitlərinin hərəkətinin izlənilməsi;Ödəniş tapşırıqlarının hazırlanması və icrasına nəzarət;Bank çıxarışlarının yoxlanılması və mühasibat uçotu məlumatları ilə üzləşdirilməsi;Excel proqramında yüksək səviyyədə işləmək bacarığı (Pivot Table, VLOOKUP/XLOOKUP, SUMIFS);1C və ya digər ERP sistemləri ilə işləmək bacarığı;Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində işgüzar yazışma bacarığı arzuolunandır;Yüksək diqqətlilik, dəqiqlik, analitik düşünmə və məsuliyyətlilik;Çoxsaylı bank əməliyyatlarını operativ idarə etmək və müəyyən edilmiş son tarixlərə riayət etmək bacarığı.
Üstünlük veriləcək bilik və bacarıqlarBir neçə hüquqi şəxsin bank hesabları ilə paralel işləmə təcrübəsi;SWIFT köçürmələri və beynəlxalq ödəniş prosedurları üzrə biliklər;Kredit, depozit və akkreditiv (LC) əməliyyatları haqqında ilkin biliklər;Cash Flow və ödəniş planlaşdırılması üzrə təcrübə;Böyük həcmdə gündəlik bank əməliyyatlarının idarə olunması bacarığı.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Digər
Şirkət: Prime Cotton
Yer: Mingəçevir, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/primecotton/primecotton-xezinedarliq-uzre-muhasibmingecevir-38124578/apply
REKLAM













