
Bakı18
Yanğın üzrə Texniki Mütəxəssis tələb olunur

800 ₼
Yanğın üzrə Texniki Mütəxəssis tələb olunur
Kopya1 ay əvvəl
ŞəhərBakı
Tarix
Baxışlar18
Nömrə№2907697
Təsvir
Vəzifə öhdəlikləri:
• Yanğın siqnalizasiya və avtomatik yanğınsöndürmə sistemləri üzrə daxil olan layihələrin ilkin texniki baxışının aparılması;
• Layihə, çertyoj və texniki tapşırıqların oxunması və texniki tələblərin müəyyənləşdirilməsi;
• Obyektlərə ilkin baxış keçirilməsi və uyğun yanğın sistemlərinin texniki həllinin hazırlanması;
• Ünvanlı və konvensional yanğın siqnalizasiya sistemləri üzrə layihələndirmə və avadanlıq seçiminin aparılması;
• FM-200, sulu və digər avtomatik yanğınsöndürmə sistemləri üzrə texniki işlərin həyata keçirilməsi;
• Layihə üzrə avadanlıq və material siyahısının hazırlanması;
• Yanğın sistemlərinin quraşdırılması, sazlanması və test proseslərinə texniki nəzarət;
• Mövcud sistemlərdə texniki nasazlıqların müəyyənləşdirilməsi və servis işlərinin həyata keçirilməsi;
• Layihələrin icrası zamanı yaranan texniki məsələlərin həll edilməsi.
Tələblər
• Yanğın sistemləri üzrə ən azı 3 il praktiki iş təcrübəsi;
• Yanğın siqnalizasiya və avtomatik yanğınsöndürmə sistemləri üzrə yaxşı texniki bilik;
• Ünvanlı və konvensional sistemlərlə işləmə təcrübəsi;
• FM-200 və sulu yanğınsöndürmə sistemləri üzrə bilik;
• Yanğın layihələrini, çertyojları və texniki spesifikasiyaları oxuma bacarığı;
• Avadanlıq və material seçimi üzrə praktiki təcrübə;
• Montaj, sazlama və servis işləri üzrə təcrübə;
• AutoCAD biliyi arzuolunandır;
• Obyektlərə baxış və sahə işlərində iştirak edə bilmək.
REKLAM














