
6
Zəif axın sistemləri üzrə texnik

Razılaşma yolu ilə
Zəif axın sistemləri üzrə texnik
YoxlanılıbBu gün
Tarix
Baxışlar6
Nömrə№6149353
Təsvir
Vəzifə öhdəlikləri
Zəif axın və aşağı gərginlikli sistemlərin quraşdırılması, kabel çəkilişi, texniki sazlanması və bərpasını həyata keçirmək;
Giriş-çıxışa nəzarət sistemlərinin (ACS), biometrik oxuyucuların, domofonların, turniketlərin və şlaqbaumların quraşdırılması və proqramlaşdırılmasını həyata keçirmək;
Təhlükəsizlik və videomüşahidə sistemlərinin quraşdırılması, sazlanması və texniki baxışını təmin etmək;
IP kameraların, NVR/DVR avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və şəbəkəyə qoşulmasını həyata keçirmək;
CAT5e/CAT6 kabellərinin çəkilişini və şəbəkə bağlantılarının qurulmasını təmin etmək;
Şəbəkə və digər zəif axın sistemlərində yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
Quraşdırılmış avadanlıqların düzgün və fasiləsiz işləməsinə nəzarət etmək;
Zəruri hallarda digər filiallarda və regionlarda montaj və texniki xidmət işlərini yerinə yetirmək.
Namizədə tələblər
Müvafiq sahə üzrə minimum 1–2 il iş təcrübəsi;
Zəif axın və aşağı gərginlikli sistemlər üzrə praktiki biliklər;
CAT5e/CAT6 kabelləri ilə işləmək bacarığı;
Giriş-çıxışa nəzarət sistemləri (ACS), biometrik oxuyucular, domofon, turniket və şlaqbaumların quraşdırılması və proqramlaşdırılması üzrə biliklər;
Videomüşahidə, təhlükəsizlik və telekommunikasiya infrastrukturlarının montajı və texniki sazlanması üzrə biliklər;
Baza şəbəkə bilikləri;
Drel, laqonda, perforator və digər texniki alətlərdən istifadə etmək bacarığı;
Nərdivanla təhlükəsiz işləmək bacarığı;
Məsuliyyətli olmaq, komanda ilə işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
B kateqoriyalı sürücülük vəsiqəsinin olması üstünlükdür;
Zəruri hallarda regionlara səfər etmək imkanı.
İş şəraiti
5 günlük iş qrafiki;
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcəkdir.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Zəif axın sistemləri üzrə texnik” qeyd etməklə göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: 055 203 44 39
Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 19.12.2026
Elanın mənbəyi
Orijinal elanı aç© TechnoVision MMC jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM













