Prayk

Zəif cərəyan mühəndisi

1 800 ₼
Yoxlanılıb2 gün əvvəl
Şəhər
Bakı
Tarix
Baxışlar
3
Nömrə
№4850736

Təsvir

Tələblər: Ali təhsil (zəif axın üzrə); Bu sahə üzrə ən azı 5 il iş təcrübəsi; Zəif cərəyan sistemləri, elektrik sxemləri və layihə sənədləri ilə işləmə bacarığı; Müvafiq normativ və standartlar barədə bilik; MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək; Analitik düşünmə və diqqətlilik. Vəzifə öhdəlikləri: Tikinti obyektlərində zəif cərəyan sistemlərinin (video müşahidə, yanğın siqnalizasiyası, giriş-çıxış nəzarəti, telefon və şəbəkə sistemləri və s.) layihə üzrə quraşdırılmasına nəzarət edilməsi; Layihə sənədlərinin zəif cərəyan hissəsinin yoxlanılması və icra olunan işlərin layihəyə uyğunluğunun təmin edilməsi; Zəif cərəyan sistemlərinin kabel xətlərinin çəkilməsi, avadanlıqların quraşdırılması, sazlanması və sınaqdan keçirilməsi; Podratçı və təchizatçılar tərəfindən görülən zəif cərəyan işlərinə texniki nəzarətin aparılması; Tikinti-quraşdırma işlərinin gedişi zamanı yaranan texniki problemlərin araşdırılması və aradan qaldırılması; Görülən işlər üzrə akt və digər icra sənədlərinin hazırlanması və yoxlanılması; Avadanlıq və materiallara olan tələbatın müəyyən edilməsi, texniki xarakteristikalara uyğunluğunun yoxlanılması; Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi. İş şəraiti İş yeri: Bakı şəhəri, Yasamal rayonu Əmək haqqı: 1800 AZN + İş saatları (iş rejimi): 08:30-17:30 (I-V), istirahət günü (şənbə-bazar) Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/199454/zeif-cereyan-muhendisi
REKLAM