Mənim müqayisələrim
İzləmək istədiyin brend və modeli yaz — rəsmi mağazalar və bazar üzrə eyni hesabat sənin üçün qurulur. Müqayisən şəxsidir, yalnız sən görürsən.
- Rəsmi mağazalar (Kontakt, Baku Electronics, İrşad, Soliton) və bazar — bir hesabatda
- Variant üzrə minimum və median, fərq faizlə, «yeni» bazar medianı ayrıca
- Hər gecə snapshot — qiymətin gün-gün dəyişməsi
Necə işləyir
Sən yalnız brend və modeli yazırsan — qalanını sistem edir: rəsmi kataloqlarda və bazarda eyni modeli tapır, variantlara bölür və hər gecə yenidən ölçür.
Brend və modeli yaz
Məsələn «Samsung» + «Galaxy A56». Model kodu (SM-A566) əlavə etsən uyğunluq daha dəqiq olur — mağazalar çox vaxt yalnız kodu yazır.
Sına — nəticəni dərhal gör
Sistem rəsmi mağaza kataloqlarında və bazar təkliflərində modeli tapır, aksesuarları və qardaş modelləri (Ultra, Plus, FE) ayırır, 128/256/512 GB variantlarına bölür və rəsmi minimum, bazar medianı və fərqi göstərir.
Əlavə et — izləmə başlayır
Müqayisə hesabına bağlanır və hər gecə snapshot yazılır: bir neçə gündən sonra qiymətin gün-gün necə dəyişdiyini tarixçədə görürsən. Müqayisə şəxsidir — yalnız sən görürsən.
Tez-tez verilən suallar
Rəqəmlər haradan gəlir?+
Rəsmi tərəf — Prayk-da mağaza səhifəsi olan pərakəndə kataloqlar (Kontakt Home, Baku Electronics, İrşad, Soliton, World Telecom); onların vitrini hər gün Prayk-a köçürülür. Bazar tərəfi — Prayk istifadəçilərinin elanları və açıq elan saytlarından toplanan təkliflər.
Müqayisəm başqalarına görünür?+
Xeyr. Öz əlavə etdiyin müqayisə şəxsidir — yalnız sənin hesabınla açılır. Ümumi siyahıdakı modellər isə Prayk redaksiyasının izlədikləridir.
Neçə müqayisə əlavə edə bilərəm?+
Bir hesaba 10 müqayisə. Lazım olmayanı silib yenisini əlavə edə bilərsən — tarixçəsi ilə birlikdə silinir.
Model kodu nəyə lazımdır?+
Rəsmi mağazalar məhsulu çox vaxt kodla yazır («SM-S938», «RT42CG6420»). Kodu versən, adı fərqli yazılmış sətirlər də tapılır və yanlış model qarışmır.
Fərq necə hesablanır?+
Fərq = bazar medianı − rəsmi minimum, faizlə rəsmi minimuma nisbətən. Median götürülür ki, bir-iki uydurma qiymət nəticəni sürüşdürməsin; rəsmi tərəfdə rənglər eyni qiymətdə olduğu üçün minimum götürülür.
Niyə bəzi mağazalar və ya variantlar görünmür?+
Mağazanın kataloqunda həmin model stokda yoxdursa, o gün hesabata düşmür. Yeni model bazara gec çıxır — bir neçə gün gözlə, pəncərəni 14 və ya 30 günə qaldır.
Median — orta yox; rəsmi tərəfdə eyni model rəng üzrə ayrı sətirdir, müqayisə üçün minimum götürülür. Aksesuarlar və rəsmi medianın 20%-dən ucuz sətirlər hesaba düşmür.