Prayk-da elan yerləşdirmək 1 dəqiqə çəkir — qeydiyyatsız başla, parolsuz gir

Bir çox saytda elan vermək üçün əvvəlcə uzun qeydiyyatdan keçmək lazımdır. Prayk-da isə əksinə: əvvəl elanını yaz, sonra təsdiqlə. «Yeni elan» səhifəsini açın, şəkilləri əlavə edin, məlumatları doldurun — qeydiyyat yalnız sonda, bir addımlıq təsdiq kimi qarşınıza çıxır.
Təsdiq üçün parol da lazım deyil. Email və ya telefon nömrənizi yazın, gələn 6 rəqəmli birdəfəlik kodu daxil edin — vəssalam. Email yazsanız hesabınız avtomatik yaradılır, telefon nömrəsi ilə isə mövcud hesabınıza daxil olursunuz.
Elan yerləşdirmək pulsuz və komissiyasızdır: alıcı ilə birbaşa əlaqə saxlayırsınız — zəng, sayt daxili çat və ya WhatsApp ilə. Prayk aranıza vasitəçi girmir, satışdan faiz tutmur.
Elan dərc olunan kimi onu istəyə görə TOP, VIP və Premium paketlərlə önə çıxara bilərsiniz — amma bu, tamamilə könüllüdür.
İndi cəhd edin — ilk elanınız 1 dəqiqəyə hazırdır.