📅 19 sentyabr 2026
✍️ Prayk redaksiyası

Prayk Forum: bölmələr, öz mövzunuz və «Hələ satılır?» sualına maşın cavabı

Prayk Forum: bölmələr, öz mövzunuz və «Hələ satılır?» sualına maşın cavabı

Forum əvvəl «şərhi olan elanların siyahısı» idi. Sentyabrda onu real forum taxtasına çevirdik: bölmələr, sıralama, hər mövzunun öz səhifəsi və — ilk dəfə — istifadəçinin sərbəst mövzu açması. Mobil tətbiqdə də eyni forum var.

1. Bölmələr və tablar

Harada: /forum — solda bölmə sütunu, yuxarıda tablar.

Necə işləyir: bölmələr saytın kök kateqoriyalarıdır (Mallar, Avtomobillər, Daşınmaz əmlak, Xidmətlər…) və üstəlik «Ümumi müzakirə» — Prayk haqqında və heç bir elana bağlı olmayan mövzular üçün. Tablar: Son cavablar (son yazılan), Yeni mövzular, Populyar (şərh və baxış sayına görə) və Cavabsız. Hər sətirdə mövzu, şərh sayı, baxış və son yazan görünür. Süzgəc URL-də saxlanılır — linki paylaşmaq olar.

2. Elan mövzusu

Şərhi olan hər elan forumda mövzudur: səhifənin yuxarısında elanın özü (şəkil, qiymət, satıcı), altında müzakirə. Elan səhifəsindən foruma keçid şərhlər blokundadır — yalnız şərh varsa göstərilir. «Cavablanıb» nişanı yalan danışmır: yalnız alıcı soruşub və elan sahibi ondan sonra yazıbsa çıxır. Sual verilməyən mövzuda nişan yoxdur.

3. Öz mövzunuz

Harada: forumda «Mövzu aç» düyməsi (/forum/new); hesab tələb olunur.

Necə işləyir: bölməni seçirsiniz, başlıq və mətn yazırsınız — mövzu dərhal lentə düşür və digər istifadəçilər cavab yazır. Qaydalar formada yazılıb: təhqir, reklam, telefon nömrəsi və təkrar mövzular silinir; konkret elan barədə sualı elanın öz səhifəsində vermək daha doğrudur — satıcı onu orada görür. Mövzunuza cavab gələndə bildiriş alırsınız; bir gündə bir neçə cavab gəlsə, bir mesajda cəmlənir: «mövzunuza bu gün N yeni cavab yazıldı».

4. «Hələ satılır?» — maşın cavabı

Forumdakı alıcı suallarının böyük hissəsi bir cümlə idi: «Hələ satılır?». Toplanmış elanda bu sualı cavablayacaq satıcı Prayk-da yoxdur — mesaj boşluğa gedirdi. İndi belə elanlarda «Satıcıdan soruş» əvəzinə fakt göstərilir: sistem elanın mənbə saytda hələ görünüb-görünmədiyini yoxlayır və nəticəni yazır — elan mənbədə hələ var, ya artıq yoxdur. Bu cavab hər elan üçün mümkün deyil: mənbə yoxlanışı yalnız son günlərdə izlənən elanları əhatə edir; qalanında heç bir iddia yazılmır. Sahibinin özünün yerləşdirdiyi elanda isə sual əvvəlki kimi satıcıya gedir.

5. Elan sahibi üçün

Elanınıza gələn şərh bildirişi zəngdə sayla görünür; eyni elana bir gündə bir neçə şərh gəlsə, bildiriş bir sətirdə cəmlənir. Sualsız elanda təkrar reklam şərhi («Təcili satılır», «Vatsapıma yazın») bloklanır — forum satış lövhəsi deyil, müzakirə yeridir.

Haradan başlamaq

Forumu açın, bölməni seçin və «Cavabsız» tabına baxın — kimsə sizin bildiyinizi soruşur. Prayk haqqında təklif və fikirlər üçün «Ümumi müzakirə» bölməsində mövzu açın; Əlaqə səhifəsindəki «Təklif və fikir» ipucu da elə ora aparır.