Satıcılar üçün yeni silahlar: «Elan həkimi», nişanlar və hədiyyə irəliləmə

Elanın niyə az baxış yığdığını artıq təxmin etməyə ehtiyac yoxdur. Kabinetdəki elanlarında «N tövsiyə» çipi görünür — Elan həkimi hər elanı avtomatik yoxlayıb konkret deyir: «şəkil azdır», «qiymət bazar təklifindən ~15% yuxarıdır», «təsvir qısadır». Mətn problemlərində bir kliklə «AI ilə yaxşılaşdır» — süni intellekt elanının şəkillərinə baxıb təzə başlıq və təsvir təklif edir.
Yaxşı satıcılıq artıq görünür də: profilində nişanlar yığılır — «Təcrübəli satıcı», «Aparıcı satıcı», «AI təsdiqli», «Veteran». Alıcılar bu nişanları satıcı və mağaza səhifələrində görür.
Bir sürpriz də var: elanın 500 və 1000 baxışa çatanda Prayk onu hədiyyə olaraq pulsuz irəli çəkir — populyar elan öz uğurunun mükafatını alır.
Kabinetinə keç — elanlarının diaqnozuna bax.