Ustalar bölməsi yeniləndi: usta axtarışı üçün sadə panel və bölmənin öz kimliyi

Sentyabrda Prayk-ın bütün kök bölmələrini yenidən qurduq. Ustalar bölməsi ayın əvvəlində Xidmətlərdən ayrılıb ayrıca kök bölmə olmuşdu — indi isə tam «öz saytı» görünüşünü aldı: öz başlıq paneli, öz rəngi, öz menyusu.
1. Bölmənin öz kimliyi
Bölmənin rəngi «kaska sarısı»dır — alət, iş paltarı və təmir assosiasiyası. Səhifənin başındakı tünd panel bölmənin adını, aktiv elan sayını və bölmə daxilindəki yolu göstərir; məzmunun fonu da həmin çaların yumşaq tonundadır. Panel yığcamdır: açılışda ilk elan sırası ekranda qalır.
2. Peşə çipləri
Panelin altındakı çiplər cari səviyyəni göstərir — kökdə peşə istiqamətləri (santexnik, elektrik, kondisioner ustası, mebel yığımı, tikinti-təmir və s.), alt-kateqoriyada «yuxarı» keçidi və uşaqlar. Səkkizdən çox element olanda sıra elan sayına görə qurulur ki, ən çox usta olan istiqamətlər öndə dayansın; «Digər…» həmişə sonda qalır.
3. Üç açarlı axtarış paneli
Usta axtarmaq üçün mürəkkəb filtr lazım deyil — sual adətən belə qoyulur: «Bakıda, Nizami rayonunda kondisioner ustası, təxmini qiymət nə qədərdir?» Ona görə panel üç açardan ibarətdir: açar söz, şəhər və qiymət. «Ətraflı» düyməsi cari kateqoriyanın öz sahələrini və satıcı tipini açır. Düymənin üstündə seçiminizə uyğun elan sayı göstərilir.
4. Mal filtrləri götürüldü
Bölmə ayrılandan sonra da ümumi keçidlər onun üzərində qalmışdı: «Çatdırılma», «Endirim», «Kredit», «Yeni / İşlənmiş», «Sərfəli». Usta elanında bunların heç biri doldurulmur — yəni seçəndə nəticə boşalırdı. Hamısı götürüldü. Qayda bütün sayt üçün eynidir: ekranda yalnız nəticə verən filtr qalır.
5. Header və axtarış bölmə daxilində
Kompüterdə saytın yuxarı sətri bölmənin menyusuna çevrilir: loqonun yanında bölmə nişanı və adı, ikinci sətirdə peşə kateqoriyaları. Yuxarıdakı axtarış xanası bölmə daxilində axtarır — «kafel» yazanda nəticə ustalardan gəlir, bütün saytdan yox; çipin çarpazına basanda axtarış genişlənir.
6. Mobil tətbiqdə də eynidir
Başlıq paneli, axtarış kartı və bölmə rəngi mobil tətbiqə köçürülüb.
Ustasınızsa
Öz elanınızı yerləşdirin — yeni elan forması şəkildən başlayır, başlıq və təsviri süni intellekt hazırlayır. Elanı özünüz yerləşdirəndə kartda «Sahibindən» nişanı görünür və elan bölmə lentində ilk 48 saat üst yer alır — bu barədə ayrıca yazımız var.
Nə dəyişməyib
Ünvan eynidir: /ustalar və bütün alt-kateqoriyalar. Saxladığınız linklər və favoritlər işləyir. Digər bölmələrin yenilikləri: Xidmətlər və İş.