📅 19 sentyabr 2026
✍️ Prayk redaksiyası

Valyuta konvertoru və saytı tətbiq kimi quraşdırma: iki kiçik gündəlik alət

Valyuta konvertoru və saytı tətbiq kimi quraşdırma: iki kiçik gündəlik alət

Bu yazı iki kiçik alət haqqındadır — ikisi də gündəlik işlədilir və heç bir hesab tələb etmir.

1. Valyuta konvertoru

Harada: /valyuta-konvertor; geniş ekranda header sətrində «Valyuta»nın yanındakı «Kalkulyator» keçidi, dar ekranda «Daha çox» menyusunda; mobil tətbiqdə «Valyuta» bölməsi.

Necə işləyir: konvertor Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə rəsmi məzənnələri ilə işləyir — yuxarıda tarix yazılır. Məbləği yazırsınız, bazis valyutanı seçirsiniz, nəticə anında hesablanır. «Valyuta əlavə et» ilə eyni anda 6 valyutaya qədər müqayisə edirsiniz; istənilən sətrə rəqəm yazsanız, hesab əks istiqamətdə gedir — məsələn manatdan dollara. Sürətli məbləğ düymələri, «Nəticəni kopyala» və valyuta axtarışı (kod və ya adla, 40-dan çox valyuta) var.

Populyar cütlərin öz səhifələri var — USD → AZN, EUR → AZN, RUB → AZN, TRY → AZN və əksinə: hazır çevirmə cədvəli (1, 5, 10, 100… vahid), son günlərin məzənnə tarixçəsi və dinamika. Bugünkü məzənnə cədvəlinin özü isə əvvəlki kimi Valyuta səhifəsindədir — iki səhifənin fərqi sualdadır: «100 dollar neçə manatdır» konvertora, «bugünkü məzənnə nədir» cədvələ.

2. Saytı tətbiq kimi quraşdırmaq

Harada: mobil menyuda və footer-də «Tətbiqi quraşdır»; masaüstü brauzerdə ünvan sətrindəki quraşdırma ikonu və ya saytın təklif kartı.

Necə işləyir: Prayk indi «quraşdırıla bilən» saytdır. Android-də Chrome menyusundan (⋮) «Tətbiqi quraşdır», iPhone-da Safari-də «Paylaş → Ana ekrana əlavə et» — sayt ana ekranda öz ikonu ilə görünür və brauzer zolaqları olmadan açılır. İkonu basılı saxlayanda qısa yollar çıxır: Elan yerləşdir, Mesajlar, Seçilmişlər, Axtarış. Şəbəkə qopanda boş ekran əvəzinə izahlı səhifə gəlir. Bu, ayrıca yükləmə deyil — sayt özüdür, yer tutmur və özü yenilənir.

Telefonda əsas tövsiyəmiz yenə də nativ tətbiqdir — push bildirişləri və kamera inteqrasiyası orada tamdır. Quraşdırılan sayt kompüter üçün və tətbiq yükləmək istəməyənlər üçün ən yaxın alternativdir.

Bir yerdə

Kompüterdə Prayk-ı quraşdırın, «Kalkulyator»u açıq saxlayın — elan qiymətini dollarla müqayisə etmək iki klikdir. Digər gündəlik alətlər (məzənnə, kripto, metro, xəritə) haqqında: «Prayk-ın gündəlik alətləri».